Gündəm
Azərbaycanda 180 min uşaqda xəstəlik aşkar edilib
Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, dispanserizasiya zamanı 180 min uşaqda müxtəlif – anemiya, görmə qüsurları və s. xəstəliklər aşkarlanıb, 68 min uşaq dispanser qeydiyyatına götürülüb.
Temperatur enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Noyabrın 22-si gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
"Röya həmin gün desəydi ki, mən 100 minə gedirəm, onlar onu..."
Bu gün Xəzər telekanalında "Hər şey daxil" verilişində müğənnilərin toy qiymətlərindən danışılıb. Verilişdə ekspert qismində iştirak edən prodüser Tolik mövzuyla bağlı maraqlı bir açılqlama ilə diqqət çəkib.
Nigeriyalı “Qarabağ”la görüşə hazırdı
"Çelsi"nin yarımmüdafiəçisi Viktor Mozes Çempionlar Liqasının V turunda "Qarabağ"la oyunda iştirak edə bilər. Bu barədə məlumatı "zadəganlar"ın baş məşqçisiAntonio Konte verib.Britaniya mətbuatına danişan italiyalı mütəxəssis bir aydan çoxdu zədədən əziyyət çəkən nigeriyalı futbolçunun artıq sağaldığını bildirib: "Mozes özünü yaxşı hiss edir. Ümid edirəm ki, "Qarabağ"la matça qədər tam hazır vəziyyətə gələcək. Bakı səfərində ondan istifadə edə bilərik. Aparıcı futbolçuların zədəli olmamaları və yaxşı forma yığmaları çox önəmlidi".
Bacısı qızına təcavüz edən imam: "Mən ondan şikayət etməliyəm, o yox"
Türkiyədə bacısının 23 yaşlı qızını zorlayıb, hamilə qoyan imamın məhkəmədə ifadəsi hər kəsi təəccübləndirib. İmamın sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Türkiyənin Muş vilayətində imamlıq edən, iki uşaq atası olan 41 yaşlı A.İ bacısı qızına təcavüz edib. O, hamilə qalıb. DNA testi ilə qızı zorlayanın onun dayısı olduğu dəqiqləşib.
Bakıda zavodda partlayış olub, ölən və xəsarət alan var
Bakıda zavodda partlayış olub. Partlayış bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.
Məşhur müğənniyə maşınında iki nəfər təcavüz etdi
Verdiyi cəsur pozalarla adından söz etdirən "Beşiktaş"ın ulduzu Dusko Tosiçin həyat yoldaşı Jelena Karleusanın başına iş gəlib. "Beşiktaş"lı Dusko Tosiçin pop ifaçı həyat yoldaşını 2 nəfər maşınında sıxışdırıb təcavüz ediblər.
ABŞ hərbçilərinə spirtli içkini qadağan etdi
Amerika Birşəmiş Ştatları Silahlı Qüvvələrinin komandanlığı Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə alkoqol istifadəsini qadağan edib. Buna səbəb bazar günü adadda amerikalı hərbçinin iştirakı ilə baş vermiş yol qəzası olub. Belə ki, Amerika Silahlı Qüvvələrinə məxsus yük maşınını idarə edən içkili hərbçi yerli sakinin idarə etdiyi avtomobili vurub.
Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq
Ermənistanın 2018-ci il dövlət büdcəsinin kəsiri artacaq. Gələn il büdcə kəsiri 156,9 milyard dram (1 ABŞ dolları = 486.78 dram) təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur.
Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı
5 bacıdan sonra doğulmuşdu Allahverdi. 24 yaşı var idi. Bu gün dəhşətli bir qəzanın qurbanı oldu. Hadisə səhər saatlarında Qazax rayonunda baş verib. Qazax şəhəri istiqamətində hərəkət edən "Opel" markalı maşında 3 nəfərdən biri də 1993 təvəllüdlü Abayev Allahverdi Yasin oğlu idi.
İraq məhkəməsi Kürdüstan bölgəsində keçirilən referendumu qanunsuz elan edib
İraq federal məhkəməsi İraqKürdüstanında keçirilmiş referendumun ölkə Konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb. Bu barədə İraqın yerli agentliyi məlumat yayıb. Federal məhkəmənin qərarında bildirilir ki, İraq Konstitusiyasında ölkənin hansısa ərazisinin ayrılmasını dəstəkləyən maddə yoxdur.
Pakistanda avtobusla yük avtomobili toqquşub, 17 nəfər ölüb
Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkənin cənubundakı Sind əyalətinin Xayrpur şəhərində baş verən qəza nəticəsində sərnişin avtobusunda olan 17 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.
Güləşçilərimiz Rusiyadan medalla qayıdıb
Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub. 97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib.
Əflatun Amaşov Hindistanda Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında iştirak edib
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilmiş illik toplantısında iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib.
FİFA prezidenti Bakıya gəlir
Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Sabah baş tutacaq tədbirdə FİFA-nın prezidenti Canni İnfantino, FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.














