Gündəm
Məşhur müğənni banan yediyi üçün həbs edildi - VİDEO
Misirli məşhur müğənni Şima son klipində alt paltarları ilə erotik formada banan yediyi üçün həbs edilib. Misir məhkəməsi klipi 18 yaşından uşaqların asanlıqla tapıb baxa biləcəyinə görə müğənninin həbsinə qərar verib.
Rusiya Müdafiə Nazirliyindən Ermənistana zərbə - Faşist ideologiyası ilə yaşayırlar - FOTO
Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi media orqanı olan "Zvezda" ("Звездa") telekanalının "Proqnozı" ("Прогнозы"; tərcümədə "Proqnozlar"-red.) proqramının müəllifi və aparıcısı Veronika Kraşeninnikova Ermənistanın mövcud iqtidarını sərt tənqid edib və onların faşist idelologiyası ilə yaşadığını ifşa edib.
İƏT-ə üzv ölkələrin vasitəçilik səyləri müzakirə olunacaq
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə İƏT-ə üzv dövlətlərin vasitəçilik səyləri mövzusunda konfrans keçiriləcək.
Məşhur rejissorun hamilə həyat yoldaşının qatili həbsxanada vəfat etdi
Kaliforniya Cəza Edam Təşkilatının məlumatına görə, 1969-ci ilin yazında Los Angelesdə məşhur yahudi əsilli aktyor, rejissor və ssenarist Roman Polanskinin həyat yoldaşı. aktrisa, hamilə Şaron Tate və digər 6 nəfərin qətillərini təşkil etməkdə günahlandırılan 83 yaşındakı Mansonun həbsxanada həlak olub. Olaylar.az bildirir ki, gənclik illərində bir necə dəfə həbsxanaya düşən Manson 1960-cı illərdən etibarən qətllər törədərək, ABŞ-da üzvlərinin böyük hissəsi qadınlardan ibarət olan hippie adlı bir təriqətin lideri olub.
Xalça Muzeyində beynəlxalq dəyirmi masa
Azərbaycan Xalça Muzeyinin 50 illiyi, eləcə də muzeyin yarıdıcısı, xalçaçı-rəssam və xalça sənəti nəzəriyyəçisi Lətif Kərimovun doğum günü ərəfəsində muzeydə silsilə tədbirlər keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Xalça Muzeyinin yubiley tədbirində çoxlu sayda yerli və xarici mütəxəssisləri toplanaraq, “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa təşkil olunub.
Ermənistan Aİ qarşısında Dağlıq Qarabağı tərkibinə qatmayacağı və müstəqilliyini tanımayacağı barədə öhdəlik götürməlidir
Rəsmi dövlət İnformasiya agentliyi “Armenpress” Aİ-nin Brüssel sammitinə 8 gün qalmış Avropa Parlamentinin qətnaməsində açıq mətnlə “Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu tanıması” barədə məlumat yaydı. Hətta bu ilin iyulun 5-də BMT komissiyalarında da “Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu” tanıyan sənədin qəbul olunduğunu bildirdi. Hər ikisi ağ yalandır. Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək barədə Azərbaycan və Ermənistanı məzmunlu öhdəlik götürməyə vadar etmək Avroparlamentin Avropa Şurasına tövsiyə qətnaməsinin əsas mahiyyətidir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Prezident İlham Əliyev: "Düşmən təxribatına qurban olmuş günahsız övladlarımızın qanı yerdə qalmayacaq"
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu göndərib. Məktubu Forumun açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov oxuyub.
Lavrov Bakı-Tbilisi-Qars dəmir yolundan danışdı
"Bakı-Tbilisi-Qars dəmir yolu ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyəyə müsbət töhfə verəcək. Bizimlə əlaqəsi yoxdur. Çünki bizim ərazilərdən keçmir". Məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA Universitetində müəllim-tələbə heyəti ilə görüşdə deyib. O bildirib ki, Azərbaycan Rusiya və İranla hazırda nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istiqamətində layihə həyata keçirir: "Nəqliyyat layihələri gələcəkdə məhsuldar əməkdaşlıqlara yol açır".
"Əlində səs yazısı varsa, məhkəməyə təqdim etsin"
Xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki məhkəməyə verməsindən danışıb. Aktrisa bildirib ki, R.Məlikin onun barəsində səsləndirdiyi fikirlər əsassızdır: "Onun ailəsindən, neçə nəvəsinin olmağından xəbərsizəm. Bu məsələlərlə vəkilim Tağı Hüseynov məşğul olur. Əgər əlində dediyi faktlar, səs yazısı varsa, məhkəməyə təqdim edər. Tanıyanlar bilir ki, mənim dünyamda belə şeylər yoxdur. O cür təhqirlər, səviyyəsiz sözlər danışan insan belə fikirlər də səsləndirə bilər. Görün indi nələrə əl atır?! O cür ifadələri səsləndirən insandan hər şey gözləmək olar. İndi də bu yola əl atdı? Məni istəməyənlərin də balasına dua edən insanam".
Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir” - Lavrov
"Rusiya və ABŞ arasında münasibətlər Dağlıq Qarabağ münaqişəsinə təsir etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbə və müəllim heyəti ilə görüşdə bildirib. “Qarabağ münaqişəsi ona görə unikaldır ki, Rusiya əleyhinə olan dərin narazılıqlara baxmayaraq, rəsmi Vaşinqtonun münaqişənin həllinə dair mövqeyi dəyişməyib. Bir çox sahələrdə əlaqələr dalana dirənib, lakin Qarabağ nizamlanması üzrə əməkdaşlığa ziyan dəyməyib”, - deyə Lavrov vurğulayıb.
"Google Maps" sirli foto yayımladı— Yadplanetlilər yoxsa...?
"Google Maps" Misir səhralarında müəmmalı foto lentə alıb. Foto ufoloqlar tərəfindən yadplanetliləri təsdiq edən fakt kimi qəbul edilib. Amma bir müddət sonra Foto ilə bağlı reallıq üzə çıxıb.
Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi
Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib. Məlumata görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
Parlament sədri həbs edildi
İndoneziya parlamentinin sədri Setya Novanto dövlətin 170 milyon dollardan çox maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir. Ölkənin rəsmi KİV orqanlarının yaydığı məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırma başladıb. Araşdırmanın nəticələrinə görə, S.Novantonun 2009-cu ildə İndoneziyada yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün ayrılan vəsaitdən şəxsi mənafeyi istiqamətində istifadə etdiyi məlum olub.
Lavrov: “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır”
“Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr qurulduqdan sonra münasibətlərin yeni mərhələsi başlayıb”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbə və müəllim heyəti ilə görüşdə bildirib.
Novruz Məmmədov: “Gənclər YAP-a üzv olmağı özlərinə qürur hesab edirlər”
"Ümumiyyətlə Yeni Azərbaycan Partiyası (YAP) haqqında danışarkən birinci növbədə qeyd etmək lazımdır ki, bu təşkilat Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP, XX və XXI əsr miqyasında götürsək, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri Heydər Əliyevin təşəbbüsü, iştirakı və xeyir-duası ilə yaradılmış bir partiyadır". Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.














