Gündəm
Azərbaycan regionda ən az terror təhlükəsi olan ölkədir ŞƏRH
London İqtisadiyyat və Sülh İnstitutunun bu il üçün tərtib etdiyi Qlobal Terrorizm İndeksində (The Global Terrorism Index) Azərbaycan regionda ən az terror təhlükəsi olan ölkədir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Avropanın mərkəzində ANTİ-İSLAM ƏMƏLİYYATI – Məscidə faşist simvolu çəkdilər
İsveçin Flen şəhərində yerləşən məscidə hücum edilib. Hadisə nəticəsində məscidin qapısı və pəncərələri sınıb. Məscidin qapısı üzərinə isə faşist simvolu çəkilib. “Əl Xuda” mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən məscd daha öncə bir neçə dəfə də hücuma məruz qalıb. Mərkəzin sədri Abdi Osman verdiyi açıqlamada hadisədən dolayı kədərləndiyini bildirib və ibadət yerlərinə zərər verməkdən əl çəkməyi tələb edib. Polis hadisə ilə bağlı genişmiqyaslı əməliyyatlara başlayıb.
"Quş qripi" QAYIDIR - Təhlükənin yüksək səviyyəyə çatdığı elan edildi
Koreya Respublikasında yenidən quş qripi təhlükəsi yaranıb. Koreyanın Ərzaq, Kənd Təsərrüfatı və Balıq Təsərrürfatı Nazirliyinin rəsmi saytında yayımlanan məlumata görə, cari ilin fevral ayından etibarən bir sıra fermerlarda quşların (toyuqlar, ördəklər) kütləvi şəkildə tələf olduğu müşahidə edilib. Aparılan araşdırmalar zamanı H5N6 "quş qripi" virusunun yüksək patogen forması aşkar edilib.
Kirayədə yaşayan müğənni yeni evinin dizaynına 1 MİLYON XƏRCLƏDİ
Tanınmış türkiyəli ifaçı Bengü Kuruçeşmedə kirayə qaldığı evdən çıxaraq Acarkentdən yeni aldığı evinə köçüb. O, yeni malikanəsinin dekorasiyası üçün sərvət xərcləyib. Müğənni aksessuarlarla birlikdə evin dizaynına 1 milyon lirə pul xərcləyib.
İstanbulda terror aktı planlaşdırılır - Türkiyə bu TERRORÇUNU AXTARIR
Türkiyə hüquq-mühafizə orqanları bir neçə gün əvvəl ölkəyə daxil olduğu ehtimal edilən terrorçunun fotolarını yayıb. Saxta sənədlərlə tez-tez yerini dəyişən, PKK terror təşkilatının üzvü olduğu iddia edilən "Baver" ləqəbli Yunus Sanamalının Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdırdığı ehtimal edilir.
Leyla Şıxlinskaya işçilərinin klinikaya vurduğu ziyanın ödənilməsini tələb edir
Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İtkin düşən sualtı gəmidən siqnal qeydə alındı
Argentinada 5 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı gəmidən gələn siqnal qeydə alınıb. Ölkənin Müdafiə Nazirliyi şənbə günü daxil olan 7 uğursuz peyk siqnalının itkin sualtı gəmidən gəldiyini ehtimal edir. Hazırda siqnalların göndəriliyi yerin axtarışına başlanılıb. Axtarış əməliyyatlarına Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) və ABŞ donanması da dəstək verir. Lakin güclü külək və dalğalar axtarış-xilasetmə əməliyyatlarına ciddi əngəl törədir.
ABŞ kürd terrorçularından dəstəyi kəsə bilər
"Türkiyənin hakim partiyasının Rusiya ilə strateji yaxınlaşması, Qərblə konflikti dərinləşdirməsi, çox ciddi problemlərə yol aça bilər. Putin çalışır ki, Türkiyəni mümkün qədər Qərbdən uzaqlaşdırsın.
TUMİB 17 yaşını qeyd etdi
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakıda 17 noyabr – Milli Dirçəliş Günü və təşkilatın yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirib. “OLAYLAR” xəbər verir ki, “Böyük tələbə layihəsi”nin 25-ci ildönümünə həsr edilmiş tədbirdə millət vəkilləri, Azərbaycan və Türkiyədən olan iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, aprel döyüşlərinin iştirakçıları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Kəlbəcərli seçicilərin qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.
Bakıda Turan Döyüş Sənəti üzrə II Dünya Kuboku keçiriləcək
Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda Alpaqut Turan Döyüş Sənəti üzrə II Dünya Kuboku keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR” -a Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov verib. Bildirilib ki, yarışların açılış mərasiminə noyabr ayının 25-də start veriləcək. Yarışlar Sərhədçi İdman Kompleksində keçiriləcək.
Diaspora Komitəsi Brüsseldə forum keçirir
Bu gün Belçikanın paytaxtı Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, DİDK-in təşkilatçılığı ilə baş tutacaq forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlər iştirak edəcək.
"Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib"
Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir. Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində deyib.
Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir
Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən dərhal yenidənqurma işlərinə start verilib.
"Bizim üçün Qarabağ qədər, Türkmən dağı da dəyərlidir”
Bu günlərdə Türkiyənin Hatay rayonunun Yayladağı qəsəbəsində Suriyanın Bayırbucaq bölgəsindən zorla çıxarılan Bayırbucaq Türkmənləri bir araya gələrək Bayırbucaq Yüksək Kurulu elan edib və Husam Can Sahyuni Turanı özlərinə başqan seçiblər.














