Komitə sədri: “Uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir”

"8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, sizin kimi gənc oğlan və qızlar sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağrış etdilər və onların bir çox ideya və arzuları həyata keçirilib. Bu gün isə biz artıq IV Forumu keçiririk.

"8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, sizin kimi gənc oğlan və qızlar sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağrış etdilər və onların bir çox ideya və arzuları həyata keçirilib. Bu gün isə biz artıq IV Forumu keçiririk. Bu nəyin göstəricisidir? Əlbəttə ki, sizin cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinizdir. Məsələlərə kreativ, müasir yanaşmağınızdır". "Olaylar" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Uşaqların IV Ümumrespublika Forumunda deyib. H.Hüseynova bildirib ki, uşaq və gənclər xalqımızın ən böyük və qiymətli sərvətləridir: "Bizim sizinlə fəxr etməyə bir çox səbəblərimiz var, bir çoxunuz elmi olimpiadaların qalibisiniz, mötəbər idman yarışlarının çempionlarısınız, mədəniyyət sahəsində yüksək mükafatlar əldə edirsiniz. Vətənpərvər və ənənələrimizə sadiqsiniz. Dövlətimiz də sizin daha yaxşı və hərtərəfli inkişafınız üçün bütün imkanları yaradır. Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, "Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar". Və bu arzu öz real həlini tapır. Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik. Bu yüksəliş təkcə iqtisadi, qaz və energetika sahəsində deyil, elm, idman, mədəniyyət, sosial və digər sahələrdə baş vermişdir. İki telekommunikasiya peykimiz orbitə çıxarılıb. Artıq Azərbaycan Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilməkdədir. Əlbəttə, bir məsələni unutmaq olmaz ki, bütün bu uğurlar təkcə Ermənistanla davam edən müharibə və onun törətdiyi ağır fəsadların deyil, həm də bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətin fonunda həyata keçirilir. Belə bir çətin şəraitdə yetişməkdə olan gənc nəslimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə edilməlidir. Eyni zamanda, gündən - günə güclənən dövlətimizə yüksək istisaslı kadrlar, peşəkar mütəxəssislər lazımdır. Vətəni təkcə fiziki güclə deyil, həm də elmlə, savadla qorumaq, möhkəmdirmək lazımdır". Komitə sədri qeyd edib ki, uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. " Hər bir sənəddə, qanunvericilik aktlarında uşaq problemləri öz əksini tapıb. 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində sizin daha yaxşı təhsil almağınız, sağlam böyüməniz, rahat şəraitdə, təmiz mühitdə yaşamağınız və digər məsələlərlə bağlı bir çox məqsəd və hədəflər göstərilmişdir. 2030-cu ildə siz artıq yetkin bir şəxs olacaqsınız, və bu məqsədlərə catmaq üçün özünüz çalışacaqsınız. Biz sizə çox ümid edirik. İnanırıq ki, estafet çox etibarlı əllərdədir. Siz son dərəcə qeyri-adi enerjiyə, istedada maliksiniz. Gənc nəsil həmişə yeni novator ideyalar gətirir. Adətən yeni eksperimentlər, mübahisələr, yeni yanaşmalar sizə daha çox xas olan bir keyfiyyətdir. Ona görə də əziz uşaqlar, sizin üzərinizə böyük iş düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31