Strasburqda Azərbaycan mədəniyyəti nümayiş olunub
Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Sara Rəcəbli Strasburq şəhərində beynəlxalq tədbirdə təmsil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, "Study Session: ADV-ENT-ure. Youth advocacy for social rights" adlı tədbir Avropa Şurası tərəfindən həyata keçirilib. Tədbirin məqsədi vəkillik üçün birgə gənclər şuralarının inkişaf etdirmək, qabiliyyətlərini artırmaq və gənclərin sosial hüquqlarından istifadə etməkdir.
20 Noyabr 2017 13:40 SosialGənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Gənc Elçilər" Proqramının iştirakçısı Sara Rəcəbli Strasburq şəhərində beynəlxalq tədbirdə təmsil olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, "Study Session: ADV-ENT-ure. Youth advocacy for social rights" adlı tədbir Avropa Şurası tərəfindən həyata keçirilib. Tədbirin məqsədi vəkillik üçün birgə gənclər şuralarının inkişaf etdirmək, qabiliyyətlərini artırmaq və gənclərin sosial hüquqlarından istifadə etməkdir.
Tədbirdə sosial haqqlar haqqında sənədin dəyişilməsi barədə müzakirələr baş tutub. Daha sonra təhsil, işlə təmin olunma, ətraf mühit, gender bərabərsizliyi və digər mövzuları əhatə edən "Enter Recommendation CM(RE) by Council of Europe" adlı sənəd hazırlanıb. Tədbirin sonuncu günündə ölkələrin mədəniyyət gecəsi təşkil olunub. Tədbirdə Azərbaycanı təmsil Gənc Elçi Sara Rəcəbli ölkənin tarixi, mədəniyyəti, milli geyimləri, mətbəxi və rəqslərini nümayiş edib.