Nazir müavini: “Azərbaycanda azyaşlıların hüquqlarını qorumaq üçün xüsusi inspeksiyalar fəaliyyət göstərir”
“Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxii münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir”.
20 Noyabr 2017 13:37 Sosial"Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxii münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavini qeyd edib ki, qanunvericilikdə belə hallara yol verən işbazlara qarşı lazımi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur: "Azərbaycan az ölkələrdən biridir ki, onun hüquq-mühafizə orqanlarında azyaşlıların hüquqlarını qorumaq üçün xüsusi inspeksiyalar fəaliyyət göstərir. Bu qurumlar tərəfindən azyaşlıların pis təsir altına düşməməsi, onların təhsil, idman, istirahət hüququnun mühafizəsi üçün lazımi işlər görülür".