Daha 68 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 19-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca müxtəlif çeşidli 68 dövlət əmlakı çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 19-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, hərraca müxtəlif çeşidli 68 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə "Ağdaş Quşçuluq", "Cəlilabad Məişət", "İsmayıllı Sənaye İstehsal", "Material Təchizat", "Yevlax Kəndnəqliyyat" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Salyan Broyler" Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 168 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak "Qax Taxıl" Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 150 min manata yaxın təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31