Əli Əhmədov: " Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar mühüm çəkiyə malikdir”

“Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir. Bizim ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyini, özünə inamın göstəricisidir". “Olaylar”ın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP sədr müavini-icra katibi Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edərkən deyib.

"Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir. Bizim ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyini, özünə inamın göstəricisidir". "Olaylar"ın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP sədr müavini-icra katibi Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edərkən deyib. O, bildirib ki, Azərbaycanda hər bir valideyn uşaq böyütməyi özünün ali vəzifəsi hesab edir: "Güman edirəm ki bu səbədən Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar mühüm çəkiyə malikdir. Əhalinin sayı 30 faizi artıb. Bu da o deməkdir ki, Azərbacan cəmiyyəti sağlam mühitdə böyüyüb, inkişaf edir". Baş nazirin müavini söyləyib ki, ölkəmizdə uşaqların əsası Ulu Öndər tərəfindən qoyulan siyasət əsasında böyüməsi üçün hər cür şərait yaradılıb: "Azərbaycanda uşaqların sağlam və təhsilli böyüməsi üçün şərait yaradılıb. Bir müddətdən sonra 10 milyonuncu uşaq dünyaya göz açacaq. Uşaqlarla bağlı qayğılar Azərbaycan üçün şərəflidir və hökumətimiz bu işi şərəflə yerinə yetirməyi özünə borc bilir. Eyni zamanda biz cəmiyyətimizin keyfiyyət potensialının artırmasına çalışmalıyıq. Bunun üçün uşaqlar daha yaxşı məktəblərdə oxumlı, sağlam olmalıdır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31