Bir gündə avtoqəzada 8 nəfər ölüb
Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Məlumata görə, noyabrın 19-da ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb. Hər bir faktla bağlı araşdırma aparılır.
20 Noyabr 2017 13:18 SosialBazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Məlumata görə, noyabrın 19-da ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Siyəzəndə "Mercedes" markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada "Toyota"nın altında qalaraq ölüb. Hər bir faktla bağlı araşdırma aparılır.