Gündəm

Zimbabve prezidenti istefaya getməsi üçün şərtlərini açıqlayıb

20 Noyabr 2017 14:20

Zimbabvenin hazırkı prezidenti Robert Muqabe istefaya getməsi üçün şərtlərini açıqlayıb. O, vəzifədən getmək üçün özü və həyat yoldaşı Qreys üçün tam toxunulmazlıq verilməsini istəyib. Həmçinin, bütün varidatının özündə qalması şərtini irəli sürüb.

Akif Çovdarov apellyasiya şikayəti verib

20 Noyabr 2017 14:18

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

AzTU-da Azərbaycan-Fransız Universitetinin təqdimatı keçirilib

20 Noyabr 2017 14:16

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) təqdimatı keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, təqdimatda AzTU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Natiq Əhmədov tələbələrə UFAZ haqqında kiçik məlumat verərək qeyd edib ki, bu universitet azərbaycanlı tələbələrə Avropada, xüsusi ilə Fransada təhsil almaq imkanı yaradır. UFAZ-ın universitetlərarası əməkdaşlıq üzrə məsul şəxsi Morin Raab isə çıxışı zamanı AzTU rəhbərliyinə və tələbələrə təşəkkür edərək bildirib ki, “Fransanı seçmək” mövzusu üzrə keçirilən təqdimatda əsas məqsəd Fransanın təhsil sistemini və mühitini təsvir etməkdir.

Uşaqlara yol hərəkəti qaydaları təbliğ edilir

20 Noyabr 2017 14:14

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib. “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə praktiki məşğələlər, mühazirə və disputlar, seminar, təlimati treninq, “Açıq dərs” və “Dəyirmi masa”lar təşkil edilib.

Lavrov: “Hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq”

20 Noyabr 2017 14:12

“Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq “. “Olaylar” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. “Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq”, – deyə S. Lavrov vurğulayıb.

Elmar Məmmədyarov: “Həll yollarını axtarmaq lazımdır”

20 Noyabr 2017 14:10

"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır". “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu, asan məsələ deyil: “Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir”. XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.

Deputat: “Münaqişənin düyünü Rusiyanın əlindədir” 

20 Noyabr 2017 14:07

“Hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın gələcək prespektivləri ilə əlaqədardır”. Bunu millət vəkili Azər Badamov deyib.

Həmsədrlər işğalçı dövləti müdafiə edirlər

20 Noyabr 2017 14:05

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu üzərinə düşən vəzigəni yerinə yetirmədiyindən problemin həlli illərlədir ki, uzanır. Hazırda həmsədr ölkələrin fəaliyyəti, daha doğrusu problemin həllində daha çox dövlət maraqlarını güdməsi münaqişənin dalana dirənməsinə cəbə olub.

“Qalatasaray”a ŞOK

20 Noyabr 2017 14:04

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi İqor Tüdor vəzifəsindən uzaqlaşdırılacaq. Klubun prezidenti Dursun Özbərk “Başakşəhər” klubu ilə keçirilən uğursuz matçdan sonra baş məşqçiyə dəstəyini kəsib. O, İqor Tüdora mövsüm fasiləsinə qədər vaxt verib.

Elçin Hüseynbəyli yazır... Şəhəri ayaqla tanımaq...

20 Noyabr 2017 14:03

Şəhərlər də adamlar kimidir. Onu tanımaq üçün ayaqla gəzmək lazımdır, maşınla yox. Mən də Oğuzu o cür tanıdım. Bu barədə bir az sonra. İndi isə bizi Oğuza aparan səbəblərdən danışaq...

Ermənilər arasında ciddi fikir ayrılığı yaranıb

20 Noyabr 2017 13:59

Son vaxtlar geniş yayılan və əsasən də Ermənistan cəmiyyətini qane edən Azərbaycan və Ermənistan sərhəddinə Rusiya sülhməramlılarının yerləşdirilməsi fikri erməni cəmiyyətini demək olar ki, ikiyə bölüb.

İşğal altındakı torpaqları qaytarmaq bəzilərinin düşündükləri kimi elə də asan deyil

20 Noyabr 2017 13:57

Rusiyanın Soçi şəhərində Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən bir neçə gün keçsə də, lakin hələ də həmin görüş barədə müxtəlif fikirlər, ehtimallar səsləndirilir. Prezidentlərin Soçidə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi müzakirə apardığı iddia olunur. Maraqlıdır ki, təkcə kütləvi informasiya vasitələri deyil, eyni zamanda müstıqil ekspertlər, politoloqlar, tanınmış analitiklər də bu istiqamətdə müxtəlif versiyalar, ehtimallar ortaya qoyurlar.

Prokurorluq parlamentə məlumat verməlidir?

20 Noyabr 2017 13:49

Milli Məclis tərəfindən “Prokurorluq haqqında” qanuna edilən dəyişiklik birmənalı qarşılanmayıb. Bir sıra millət vəkili təklif edib ki, ölkənin güc strukturları üzərində parlament nəzarəti institunun yaradılmasına ehtiyac var. Bu baxımdan prokurorluq orqanları parlament qarşısında hesabat verməlidir.

Həyatını səhnədə “əridən” aşiq aktrisa - “Aşiq olmağımın səbəbkarı Şəfiqə Məmmədovadı”...

20 Noyabr 2017 13:44

İlk baxışda tanımadım, çox dəyişib. Təəccübümü gizlədə bilmədim: “Siz o xanımsınız, yoxsa...”? Gülümsünərək cavab verdi ki, həmin adamdı, sadəcə xəstəlikdən dolayi  mədəsində əməliyyat olunub. Ona görə də arıqlayib, çəkisi azalıb.Amma belə rahatdı, sağlamdı, özünü çox yüngül  və gümrah hiss edir.

Piyadanı vurub qaçan sürücü saxlandı

20 Noyabr 2017 13:41

Bakıda yolu keçmək istəyən piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib.