Həmsədrlər işğalçı dövləti müdafiə edirlər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu üzərinə düşən vəzigəni yerinə yetirmədiyindən problemin həlli illərlədir ki, uzanır. Hazırda həmsədr ölkələrin fəaliyyəti, daha doğrusu problemin həllində daha çox dövlət maraqlarını güdməsi münaqişənin dalana dirənməsinə cəbə olub.

ABŞ və Rusiya Ermənistanın müdafiəsini birgə möhkəmləndirir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu üzərinə düşən vəzigəni yerinə yetirmədiyindən problemin həlli illərlədir ki, uzanır. Hazırda həmsədr ölkələrin fəaliyyəti, daha doğrusu problemin həllində daha çox dövlət maraqlarını güdməsi münaqişənin dalana dirənməsinə cəbə olub. Xüsusilə, Rusiya ilə ABŞ-ın Daqğlıq Qarabağ məsələsində ortaq mövqeyə gələ bilməməsi sözügedən münaqişə ocağının daha da qızışmaısı ehtimalını artırır. Əslində bi fikirlər ABŞ və Rusiyanın son illərdə həyata keçirdikləri "Qarabağ siyasətləri"ndə özünü açıq aydın büruzə verir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri çərçivəsində ADA universitetində tələbə və müəllim heyəti qarşısında çıxışı zamanı qeyd edib ki, Rusiya və ABŞ arasında münasibətlər Dağlıq Qarabağ münaqişəsinə təsir etmir:"Qarabağ münaqişəsi ona görə unikaldır ki, Rusiya əleyhinə olan dərin narazılıqlara baxmayaraq, rəsmi Vaşinqtonun münaqişənin həllinə dair mövqeyi dəyişməyib. Bir çox sahələrdə əlaqələr dalana dirənib, lakin Qarabağ nizamlanması üzrə əməkdaşlığa ziyan dəyməyib". Rusiya XİN rəhbəri ümid edr ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay baş tutan görüşü Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) ümumi səylərində durğunluğu aşmağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləməyə imkan verəcək. Bir müddət əvvəl isə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza deyib ki, Dağlıq Qarabağ və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında əməkdaşlığa nümunədir: "Bizim Gürcüstandakı konfliktlərə fərqli baxışımız mövcuddur, amma eyni zamanda, biz Dağlıq Qarabağ və terrorizmlə mübarizədə əməkdaşlıq edirik. Hazırda iki ölkə arasında əməkdaşlıq məsələsində müəyyən dəyişikliklər mövcuddur. ABŞ Rusiyanın Trampın seçki qərargahı ilə əlaqəsi olub-olmadığını araşdırır. İndi Moskva ilə əməkdaşlıqda pozitiv məqamlara hədəf kimi baxılmır. Məncə, bunlar da keçəcək". Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları bu ölkədəki siyasi sistemləri dəyişməyəcək: "Digər tərəfdən isə bu sanksiyalar Moskvanın beynəlxalq arenada davranışını dəyişə bilər. Çoxları fikirləşir ki, Rusiya Ukraynadakı davranışına görə cavab verməsə, Baltikyanı ölkələrə münasibətində daha aqressiv olacaq. Bu sanksiyalar Moskvanın cəzalandırılmasında mühüm rol oynaya bilər".
Göründüyü kimi, Rusiya və ABŞ-ın Qarabaq probleminin həllində ortaq mövqeyə gəlməzi zaman tələb edən məsələsir. Hüquqşünas Rövşən Qasımov bildirib ki, biri-biri ilə rəqib kimi görünən ABŞ və Rusiya işğalçı ölkənin müdafiəsinin möhkəmlənməsi üçün dolayısıyla birgə çalışırlar: "Qarabağ məsələsi meydana çıxandan çoxumuz Ermənistan ordusunun güclənməsində və ölkənin müdafiəsinin möhkəmlənməsində əsas rolun Rusiyaya məxsus olduğunu düşünürük. Son illər Rusiya Ermənistanla KTMT çərçivəsində əməkdaşlığı daha da genişləndirir və ermənilərlə birləşmiş ordu da yaradıb. Təsəvvür ein ki, Amerika generalı deyir ki, Ermənistanın KTMT-də üzvlüyü və Rusiyanın Gümrüdəki bazası bizim bu ölkənin müdafiəsinin möhkəmlənməsinə kömək etməyimizə mane olmur. "Amerikanın səsi" radiosunun erməni redaksiyasına istinadla əldə etdiyi məlumatlardan bir daha bəlli olur ki, münaqişənin ədalətli həllinə boyun olmuş həmsədr ölkə olan ABŞ da bacardıqca işğalçı Ermənistan ordusuna dəstək verir: "Erməni əsgərləri fədakarlıqla hərəkət edirlər. Onların hərbi hazırlığı yüksək səviyyədədir. Onlar daim yeni biliklər əldə etməyə, eyni zamanda öz biliklərini digərləri ilə bölüşməyə hazırdırlar". İşğalçı ölkənin hərbçilərini bu cür tərifləyən Rusiya generalı deyil, Amerikanın Kanzas ştatının milli qvardiyasının komandiri, general-mayor Li Tafanellidir. Generalın sözlərinə görə, artıq ikinci ildir ki, erməni hərbçiləri Kanzasa gəlir və Amerika əsgəri ilə bir yerdə təlim keçirlər: "Biz Ermənistana öz müdafiəsini bir sıra sahələr, o cümlədən fövqəladə vəziyyətlərin idarə olunması üzrə möhkəmləndirməsi üçün kömək etmək istəyirik". Və bizim üçün ən maraqlı məqam ABŞ generalının aşağıdakı fikirləridir: "Ermənistanın KTMT-nin üzvü olması ABŞ-ın İrəvanla əməkdaşlığına heç cür təsir göstərmir. Həmçinin, Gümrüdəki Rusiya hərbi bazası da bizim əməkdaşlığımıza mane olmur". Bundan əlavə, xəbərdən ABŞ-ın erməni ordusuna hərbi həkimlərin və sülhməramlıların hazırlanmasında, eləcə də silahlanmada kömək etdiyi də bəlli olur. Beləliklə, sözügedən informasiyalardan belə bir məntiqi nəticəyə gəlmək olur ki, hər ikisi ATƏT-in Minsk Qrupunun həmsədri olan, amma siyasi meydanda biri-biri ilə rəqib kimi görünən ABŞ və Rusiya işğalçı ölkənin müdafiəsinin möhkəmlənməsi üçün dolayısıyla birgə çalışırlar. Onun sözlərinə görə,
Siyasi ekspertlər hesab edirlər ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyi birmənalı olaraq ədalətli hesab etmək olmaz. Baxmayaraq ki, işğala məruz qalmış Azərbaycan tərəfinin Minsk qrupunun həmsədri kimi ABŞ-dan gözləntiləri var. Əgər ABŞ Azərbaycanı özünə strateji müttəfiq hesab edirsə, Dağlıq Qarabağ məsələsində ədalətli olmalıdır. Bu gün Ermənistan hətta əvvəllər razı olduğu məsələlərdən geri çəkilir. Bu isə o deməkdir ki, artıq ABŞ və Minsk qrupunun digər həmsədri olan Rusiyanın Ermənistanı bilavasitə dəstəkləməsi belə vəziyyət yaradıb. Məhz aparılan ikili siyasətin nəticəsidir ki, Ermənistan siyasi cığallıqla məşğuldur. Təbii ki, belə vəziyyət Azərbaycan tərəfini qane edə bilməz. Azərbaycanın istəyi ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ məsələsində ədalətli olsunlar, bu məsələyə obyektiv qiymət versinlər. Amma reallıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa tərəfindən hələ ki ədalətli mövqe sərgilənmir. Əvəzində, bu gün Rusiya da işğalçı Ermənistanı müasir silahlarla təchiz etməyə, təcavüzkara dəstək olmağa davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün milyonlarla dollar kredit vermək öhdəliyi gətürüb. Bu isə Rusiyanın həmsədrlik missiyasına tamamilə ziddir. Rusiya və ABŞ Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik etməli olduğu halda, işğalçıya dəstək nümayiş etdirir, münaqişənin həlli istiqamətində heç bir iş görmürlər. Rusiyanın Ermənistana açıq şəkildə dəstəyi ölkələrimiz arasındakı münasibətlərə uyğun deyil. Hələ 2015-ci ildə imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan isə bu günlərdə 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Hesab edirəm ki, kredit müddəti rəmzi xarakter daşıyır. Bu, açıq-aşkar işğalçı ölkənin silahlandırılması, münaqişənin həllinə ədalətsiz yanaşmadır. Biz 25 ildən artıqdır ki, bu münaqişədən əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda təhlükəsizliyin təminatına ciddi əngəldir. Minsk qrupunun bütün həmsədr dövlətləri bu reallığı anlamalı, işğalçıya dəstək yox, münaqişənin həllində əməli fəaliyyətə keçməlidirlər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31