Gündəm

Kinematoqrafçılar İttifaqından açıqlama: “Rasim Balayevə kömək etməyə hazırıq “

20 Noyabr 2017 15:09

“Bu günlərdə xalq artisti Rasim Balayev “Yeni Müsavat” qəzetinin müxbirinin “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olduğumu” sualına “Yox... istəmirəm də” deyə cavab verib. Qeyd edək ki, Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil. O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda katibidir və hazırda da o vəzifəni daşıyır”.

Müğənnilərin toy qiymətləri -  Abbas 16 min, Elton 15 min

20 Noyabr 2017 15:06

Bu gün "Hər şey daxil" verilişində prodüser Tolik müğənnilərin toy qiymətlərini açıqlayıb. Məşhur prodüserin müğənnilərin toy qiymətləri ilə bağlı açıqlamasını təqdim edirik: "Abbas Bağırov 16 min deyir, 15 min manata gedir toya. Deyirlər, niyə baha gedir?. Başa düşmürlər ki, Abbasın dəstəsində respublikanın xalq artisti Ənvər Sadıqov var ki, Abbas qazandığı qədər pay götürür.

Vaqif Əsədov: “Yayılan məlumat tamamilə yalandır”

20 Noyabr 2017 15:03

Mətbuatda yayılan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycandakı avtomobillərin məlumat bazasını sığorta şirkətlərinə satıb. Məlumatda bildirilir ki, bu bazanı əldə etmək üçün sığorta şirkətləri BDYPİ-yə pul veriblər. Xəbərin ilginc tərəfi ondadır ki, bu məlumat bazasında ölkə rəhbərlərinin avtomobilləri haqda da məlumatlar var. Başda prezidentin xidməti avtomobili olmaqla bir çox nazir və nazir müavinlərinin xidməti avtomobillərinin seriya və hətta mühərrik nömrələrini belə BDYPİ tərəfindən sığorta şirkətlərinə satılmış həmin məlumat bazasında tapmaq olar.

Səidə Sultan müğənniləri bir-birinə QATDI: “Qıdıqlamadı da...” – VİDEO

20 Noyabr 2017 15:00

“ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının növbəti qonağı müğənni Səidə Sultan olub.

Əli Həsənov Brüsseldə mötəbər tədbirdə Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələsini qaldırdı

20 Noyabr 2017 14:46

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum işinə başlayıb.

Regionlarda zona müşavirələri keçirilib

20 Noyabr 2017 14:42

Noyabr ayının 15-18 tarixlərində Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergi departament və idarələrinin rəhbər vəzifəli şəxslərin iştirakı ilə dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, ərazi vergi orqanları üzrə müəyyən olunmuş vergi proqnozlarının icrasının təmin olunması, eləcə də cari ilin 10 ayı ərzində görülmüş işlər və 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə həsr olunmuş zona müşavirələri keçirilib.

Aydın Əliyev 4 rayonun sakinləri ilə görüşəcək

20 Noyabr 2017 14:40

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev noyabrın 24-də saat 10:30-da Daşkəsən şəhərindəki icra hakimiyyətinin keçmiş inzibati binasında (Heydər Əliyev pr. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Daşkəsən, Gəncə, Göygöl, Samux rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 23-ü saat 10:30-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Kəmaləddin Heydərov Zərdabda qəbul keçirəcək

20 Noyabr 2017 14:38

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 noyabr 2017-ci il tarixində Zərdab şəhərində, Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda yalnız Zərdab, Ucar, Göyçay, Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Rza Zərrabın Ebru Gündeşlə evlənmə səbəbi bu imiş - ŞOK İDDİA

20 Noyabr 2017 14:36

ABŞ-da həbs olunan iş adamı Rza Zərrab 27 noyabrda hakim qarşısına çıxacaq. Bu ərəfədə sosial şəbəkədə Rza Zərrab və özündən 9 yaş böyük həyat yoldaşı Ebru Gündeşlə bağlı ilginc iddialar yayılmaqda davam edir.

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu başlayır

20 Noyabr 2017 14:32

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.

Azərbaycan Silahlı Qüvvələrində "NATO günləri" keçirilir

20 Noyabr 2017 14:29

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən “NATO günləri” tədbiri keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edəcəkdir.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub

20 Noyabr 2017 14:27

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından “Olaylar”a bildilib ki, sayca on dördüncü müsabiqə üzrə test imtahanından uğur qazanmış və qanunvericiliyin tələblərinə cavab verən 192 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılmışdır.

Avropa Azərbaycanlılarının Qarabağ Forumu keçiriləcək

20 Noyabr 2017 14:25

Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə yola düşüblər. MM-dən “Olaylar”a verilən məlumata görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.

Deputatımız Asiya Parlament Assambleyasının sessiyasına qatılacaq

20 Noyabr 2017 14:24

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.