Deputatımız Asiya Parlament Assambleyasının sessiyasına qatılacaq
Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
20 Noyabr 2017 14:24 SosialMilli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər, İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları keçiriləcək. Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər noyabrın 23-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31