Gündəm

Gürcüstan tezliklə Ermənistanı Rusiyaya birləşdirən dəmir yolunu açır

20 Noyabr 2017 16:09

Rusiya və Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya üzərindən keçən nəqliyyat dəhlizlərinin açılmasını noyabrın sonlarına qədər həll edə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib. Abaşidze ötən həftə Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə iki ölkə münasibətlərinin normallaşmasına dair danışıqların növbəti raundunu keçirib.

Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələri Bakıda

20 Noyabr 2017 16:07

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan magistr tələbələri növbəti dəfə ADMİU-da elmi təcrübə keçiblər. Olaylar.az bildirir ki, teatr sənəti fakültəsində İzekenova Ulşat, Kinjembetova Tanşolpan, Kabdıl Erkebulan, Rəssamlıq fakültəsində Maxambetova Altın, Musiqi sənəti fakültəsində Darjanova Şolpan dissertasiya mövzusunda araşdırmalar aparıblar.

Pambıq qəbulu məntəqələrinə ölkə üzrə 184 min 440 ton məhsul təhvil verilib

20 Noyabr 2017 15:57

Noyabrın 20-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 184 min 440 ton məhsul təhvil verilib. “Olaylar” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə ötən iki gündə 1942,07 ton pambıq tədarük olunub. Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib.

Azərbaycan və Rusiya XİN rəhbərləri nədən danışıblar?

20 Noyabr 2017 15:55

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə “Olaylar”a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib. Görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirildi və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

UEFA 6 klubumuza pul ayırdı

20 Noyabr 2017 15:50

UEFA Azərbaycan klublarına maliyyə yardımı edib. Qitə futbol qurumu Premyer Liqada çıxış edən 6 komandaya pul ayırıb. 2016/17-ci il  mövsümünü əhatə edən  UEFA-nın "Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı" proqramı çərçivəsində  həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb. "Zirə", "Keşlə", "Sumqayıt", AZAL, "Neftçi" və "Kəpəz"in hər birinə 71 min 53 avro ödənilib.

Ebru ərindən boşanır: "Təəssüf, uşaqlarımın atasıdır"

20 Noyabr 2017 15:46

Aktrisa Ebru Destan əri Mete Okay İnandan boşanır. Aktrisa boşanma mərhələsinə gəlişinin səbəbini tez-tez döyülməsi ilə əlaqələndirib: "Daha çox yaralanmamaq üçün bu ailəyə son qoymaq qərarına gəldim və özümlə qürur duyuram. Heç bir qadın uşağı 10 aylıq ikən boşanmaq istəməz. Bunun xəyanət iddiaları ilə əlaqəsi yoxdur. 6 il idarə etdim. Təəssüf ki, dəyişməyən bir həqiqət var, o da uşaqlarımın atası olmasıdır". 

Maşın qaçıran şəxs saxlanıb

20 Noyabr 2017 15:42

Noyabrın 19-da saat 5.00 radələrində Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubishi” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi Xidməti”nə məlumat daxil olub.

İmtahanın nəticələri açıqlandı

20 Noyabr 2017 15:40

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanı keçirib.

Kremlin razılığı olmayan həll planı həyata keçirilə bilməz

20 Noyabr 2017 15:38

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.“OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, mətbuat konfransını canlı izləmək imkanım olmadığına görə bu fikrin kontekstdən çıxarılıb-çıxarılmadığına dair məlumatı yoxdur: “Ancaq bütün hallarda Lavrovun cümləsindən çıxan nəticə odur ki, “mənim (Kremlin) razılığım olmayan həll planı həyata keçirilə bilməz”.

“Barselona” Naim Süleymanoğlunu unutmadı

20 Noyabr 2017 15:28

İspaniyanın “Barselona” klubu dünyasını dəyişən Türkiyə çempionu Naim Süleymanoğlunu unutmayıb.  Klub tvitter hesabından Naim Süleymanoğluna dair paylaşım edib və Türkiyəyə başsağlığı verib. Paylaşımda “Biri 1992 “Barselona” olmaqla, üç dəfə Olimpiya çempionu və saysız dünya rekordu sahibi olan Naim Süleymanoğlu vəfat edib. Rahatlıq içində yatsın” sözləri qeyd edilib.

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib

20 Noyabr 2017 15:24

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak edib.

Rusiyada seyf oğurlayan azərbaycanlı axtarılır

20 Noyabr 2017 15:22

Rusiyanın Novqorod vilayətin Pestovo şəhərində yerli iş adamlarının birin seyfi oğurlanıb.  Hadisə şəhərin Slava küçəsində baş verib. İş adamının dediyinə görə seyfin içində 300 min rubl (təxminən 9 min manat) pul olub. Həmin seyfi isə onun tanıdığı Azərbaycan vətəndaşı oğurlayıb. Hazırda əməliyyat axtarış tədbirləri davam edir.

Daşkənddə ali təhsil ocağında Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi yaradılacaq

20 Noyabr 2017 15:20

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinovla görüşüb. Görüşdə iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər və digər layihələr müzakirə edilib.

NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI - FOTO

20 Noyabr 2017 15:15

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb. Fırtınanın fotoları Yupiteri araşdıran “Yuno” kosmik gəmisi tərəfindən çəkilib. Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.

Rusiyanın QARABAĞ PLANI: 2018-ci ilin yayına qədər...

20 Noyabr 2017 15:12

“Qarabağ ətrafında iki vəziyyət yaranıb. Birincisi, sabitlikdir. Hesab etmək olar ki, Rusiyada prezident seçkilərinə görə Moskva və Bakı sabitliyin qorunmasında razılığa gəlib. İkincisi isə bunun əksinədir. Çünki münaqişənin nizama salınması üzrə heç bir irəliləyiş yoxdur. Bu baxımdan, gələn ilin yayına qədər Qarabağda müharibənin başlamasını istisna etmirəm”.