Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələri Bakıda

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan magistr tələbələri növbəti dəfə ADMİU-da elmi təcrübə keçiblər. Olaylar.az bildirir ki, teatr sənəti fakültəsində İzekenova Ulşat, Kinjembetova Tanşolpan, Kabdıl Erkebulan, Rəssamlıq fakültəsində Maxambetova Altın, Musiqi sənəti fakültəsində Darjanova Şolpan dissertasiya mövzusunda araşdırmalar aparıblar.

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan magistr tələbələri növbəti dəfə ADMİU-da elmi təcrübə keçiblər.

Olaylar.az bildirir ki, teatr sənəti fakültəsində İzekenova Ulşat, Kinjembetova Tanşolpan, Kabdıl Erkebulan, Rəssamlıq fakültəsində Maxambetova Altın, Musiqi sənəti fakültəsində Darjanova Şolpan dissertasiya mövzusunda araşdırmalar aparıblar.

Magistrantlar Universitetdə tanınmış müəllimlərin dərslərində iştirak edərək, onların dərs metodikaları ilə tanış olub, müqayisələr aparıb, müəyyən nəticələrə gəliblər.

Qeyd olunduğu kimi tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı gündəlik mədəni proqram da təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31