Kremlin razılığı olmayan həll planı həyata keçirilə bilməz

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.“OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, mətbuat konfransını canlı izləmək imkanım olmadığına görə bu fikrin kontekstdən çıxarılıb-çıxarılmadığına dair məlumatı yoxdur: “Ancaq bütün hallarda Lavrovun cümləsindən çıxan nəticə odur ki, “mənim (Kremlin) razılığım olmayan həll planı həyata keçirilə bilməz”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib."OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, mətbuat konfransını canlı izləmək imkanım olmadığına görə bu fikrin kontekstdən çıxarılıb-çıxarılmadığına dair məlumatı yoxdur: "Ancaq bütün hallarda Lavrovun cümləsindən çıxan nəticə odur ki, "mənim (Kremlin) razılığım olmayan həll planı həyata keçirilə bilməz". Rusiyanın xarici işlər nazirinin başqa fikri də maraqlıdır: "BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrindəki bəzi məsələlər səylər tələb edir". BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi məcburi xarakter daşıyır, Lavrovun işarə etdiyi "səylər" şeytanın gizlə(t)diyi detallardır. Yəni Moskva Ermənistana bu qətnamələri yerinə yetirməyə məcbur etməyəcək. Lavrov bölgəyə ötən səfərində də demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxili işi deyil. Lavrovun bizə ünvanladığı mesajların sayı durmadan artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31