Gündəm

Dağ uçdu, qaya parçaları yeni çəkilən yolu bağladı - ASTARADA - VİDEO

20 Noyabr 2017 16:42

Astaranın dağ kəndlərinə çəkilən yeni yol boyunca sürüşmə aktivliyi artıb. Növbəti dəfə güclü yağışlar yağarsa, sürüşmənin miqyası bir qədər də böyük ola bilər. Dağdan lay torpaq qatı və daş parçaları sürüşərək yola düşüb. Sürüşmə nəticəsində irigövdəli ağaclar da aşıb.

Rusiyalıların 57%-i banka borcludur

20 Noyabr 2017 16:41

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi kredit sorğusu keçirib. Novator.az xəbər verir ki, noyabrın 20-də açıqlanan nəticələrə görə, Rusiya əhalisinin 57%-nin bağlanmamış krediti var. Bu, 2009-cu illə müqayisədə iki dəfədən çoxdur. O vaxt əhalinin 26%-nin bağlanmamış krediti olub.

130 qonağa 250 araq: toydakı qətlin TƏFƏRRÜATLARI...

20 Noyabr 2017 16:39

Toyda yeyib-içdiyi tanışını qətlə yetirməkdə təqdirləndirilən şəxsin məhkəməsi davam etdirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclasına hakim Azər Paşayev sədrlik edib. Məhkəmədə təqdirləndirilən şəxs Ramik Aydabəyovun anası ifadə verib.

NATO təlimindəki Türkiyəyə qarşı rəzaləti ortaya çıxaran türk qızı – Ona qarşı niyə cinayət işi açılmışdı?

20 Noyabr 2017 16:38

NATO-nun Norveçdə keçirdiyi “Trident Javelin-2017” təlimində Türkiyəyə qarşı edilən təhqiramiz davranışın əks-sədası hələ də davam edir. Məsələ araşdırılır, üzrxahlıqlar isə ard-arda gəlməyə davam edir.

Kameramanın "jurnalist vəsiqəsi" bütöv bir şəbəkəni ələ verdi

20 Noyabr 2017 16:32

Təqribən 4 il öncə baş vermiş hadisədir. Beynəlxalq media təşkilatlarından birinin gündəlik xəbər bülletenində Sudef adlı "Azərbaycan jurnalistinin" polis tərəfindən saxlanılması və dindirmə prosesində təzyiqlərə məruz qalması barədə bilgi getmişdi. Şəxsin imzası məşhur deyildi, tanınmırdı, ümumiyyətlə, ölkənin xəbər gündəmində bu şəxsin "jurnalistik fəaliyyətinə görə tutulması" barədə məlumat keçmirdi. Bu yöndən marağımızı çəkdi, araşdırmaq istədik: necə olub ki, "beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək qədər məşhur olan jurnalistin" həbsi barədə ölkənin öz içində bircə kəlmə yazılmayıb, hadisə yerli monitorinq təşkilatlarının diqqətindən yayınıb? Onlayn resurslarda axtarışımızın nəticəsi olaraq nə bir yazısına, nə də barəsində əhəmiyyətli məlumata rast gəlmədik. Amma məsələ ciddi idi, adamın adı "təzyiqlə üzləşmiş jurnalistlər" siyahısında beynəlxalq təşkilatların müzakirəsinə çıxmışdı, araşdırmaq zərurəti yaranmışdı.

Nazirlikdən Zığdakı uçqunla bağlı AÇIQLAMA: "Bu, sürüşmə deyil"

20 Noyabr 2017 16:27

"Ötən həftə Zığ qəsəbəsində 43 saylı binanın qarşısında baş verən uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil". Bunu  ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, həmin ərazidə tikilən istinad divarın içində kollektor çəkmək istərkən həmin divar uçub: "Yəni qazılmış ərazidə uçqun baş verib. Bu, sürüşmə deyil".

Bahar Muradova: “Azərbaycanın mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır”

20 Noyabr 2017 16:26

"Son zamanlar Qarabağ münaqişəsi ətrafında fəallığın artmasını müsbət dəyərləndirirəm". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, müəyyən səbəblər nəticəsində danışıqlar bir müddət səngimişdi: "Hazırda bir-birinin ardınca dünyanı sirkələyən hadisələr baş verir. Belə bir məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməlidir və dəyişən mühit nəzərə alınmalıdır.

Cocuq Mərcanlı kəndində Cəbrayıl Sukanal İdarəsinin xidmət sahəsi yaradılıb

20 Noyabr 2017 16:23

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu işlər çərçivəsində 50 fərdi yaşayış evi, ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcək

20 Noyabr 2017 16:23

21-25 noyabr 2017-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək. 

Amerikadan gələn gəmidə SİLAH aşkarlandı

20 Noyabr 2017 16:22

Türkiyə Kömrük və Ticarət nazirliyi Mersin şəhər limanında Amerikadan gələn “Satıe” adlı gəmidə 47 ədəd silah aşkarlayıb. Olaylar.az bildirir ki, kontenyerin içərisində iki avtomobildə aparılan axtarışlar zamanı 47 ədəd fərqli markalara məxsus silah əldə edilib.

Ekoloji mövzuda sərgi təşkil ediləcək

20 Noyabr 2017 16:21

Noyabrən 21-də “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi təşkil olunacaq. “OLAYLAR”-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirlik tərəfindən təşkil olunacaq sərgi Zirə Mədəniyyət Mərkəzində baş tutacaq. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilərin iştirakı gözlənilir..

Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqinin nəticələri açıqlanıb  

20 Noyabr 2017 16:18

“Rezonans” Gənclərin İctimai Birliyi “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqaməti (İnformasiya əldə olunması) üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinqin nəticələrini təqdim edib. “OLAYLAR”-ın xəbərinə görə. monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən  “Açıq hökumətin” təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqi” layihəsi çərçivəsində həyata keçirilib. 

"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?"- Deputatdan kəskin reaksiya

20 Noyabr 2017 16:16

"Şəhriyarın büstünün İranda bu vəziyyətə salınmış fotolarına hiddətlə, ağrıyla, üzüntü ilə baxdım. Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq? Böyük Şəhriyar bütün millətimizin böyük sevgisini qazanmış ustad şairimizdir. “Heydərbabaya salam” bizim üçün hər zaman yanğıyla, gözyaşıyla, özləmlə, həsrətlə əzbər söylədiyimiz özəl bir əsərdir. Şəhriyar Bakı ilə Təbrizi birləşdirən bir körpüdür. Bizim evimizdə də qapıdan daxil olan hər insanı ilk onun fotosu qarşılayardı. Hətta məktəb yoldaşlarım ilk zamanlar elə bilirdilər ki, o, babamın şəklidir. Onlara atamın anlatdığı Şəhriyarı anladardım". Dovletxeberleri.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva İranda Şəhriyarın büstünə qarşı edilən hərəkətlərə münasibətində yazıb.

Erməni siyasətçi aclıq aksiyasına başladı

20 Noyabr 2017 16:14

Ermənistanda "Milli özünütəyinetmə" Birliyinin sədri Paruyur Ayrikyan aclıq aksiyasına başlayıb. Siyasətçi Mərkəzi Seçki Komissiyasının qarşısında aclıq aksiyası keçirir. Birlik lideri Ermənistanda konstitusiya islahatı ilə bağlı Təşəbbüs Qrupu yaratmaq üçün imza toplamaq istəyib.

Hazırda BP-də 2 min 739 azərbaycanlı işləyir

20 Noyabr 2017 16:12

Cari ilin üçüncü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 739 nəfər olub.