Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqinin nəticələri açıqlanıb  

“Rezonans” Gənclərin İctimai Birliyi “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqaməti (İnformasiya əldə olunması) üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinqin nəticələrini təqdim edib. “OLAYLAR”-ın xəbərinə görə. monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən  “Açıq hökumətin” təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqi” layihəsi çərçivəsində həyata keçirilib. 

"Rezonans" Gənclərin İctimai Birliyi "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqaməti (İnformasiya əldə olunması) üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinqin nəticələrini təqdim edib. "OLAYLAR"-ın xəbərinə görə. monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən  "Açıq hökumətin" təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqi" layihəsi çərçivəsində həyata keçirilib. Tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru informasiya açıqlığının, vətəndaşların informasiyaya çıxışının şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizədə çox vacib amil olduğunu qeyd edib. Ə.Nuriyev bildirib ki, informasiya açıqlığı məsələləri Azərbaycanın 2011-ci ildən üzv olduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün əsas kompenentlərindən biridir: Ə.Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hər zaman "Açıq hökumət" təşəbbüsləri, şəffaflıq məsələlərini diqqətdə saxladığını, layihə təkliflərini dəstəklədiyini vurğulayıb. Monitorinq nəticələrini təqdim edən layihə rəhbəri Zaur İbrahimov qeyd edib ki, MFP-nin 2-ci istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin 2016-cı il aprel ayı və 2017-ci ilin birinci yarısını əhatə etməklə orta icra səviyyəsi 73% olub.  2-c istiqamət üzrə 5 tədbirdən 2-si 100% icra olunub. Yalnız bir bənd üzrə irəliləyiş qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31