Gündəm

Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə

20 Noyabr 2017 17:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Novruz Kərimovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı edib.

Prezident İlham Əliyev: "Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin"

20 Noyabr 2017 17:33

"Müsəlman ölkələri arasında birlik, həmkarlıq, əməkdaşlıq daha da yüksək səviyyəyə çatmalıdır. Xüsusilə indiki zəmanədə bəzi hallarda biz dinimizə qeyri-normal münasibətlə üzləşirik. İslamofobiya meyilləri əfsuslar olsun ki, artmaqdadır. Multikulturalizmlə bağlı müxtəlif fikirlər irəli sürülür. Sanki multikulturalizm iflasa uğrayıb. Halbuki bizim təcrübəmiz və sizin təmsil etdiyiniz ölkələrin təcrübəsi onu göstərir ki, multikulturalizm yaşayır və inkişaf edir.

Soyğunçuluq edən şəxs tutulub

20 Noyabr 2017 17:32

Suraxanı rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon ərazisində bir qadının 320 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Mətiş Mehrəliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Piyadanı vurub qaçan şəxs tutulub

20 Noyabr 2017 17:31

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk emiş Gəncə şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 17-də Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Məhsəti qəsəbəsinin ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomaşını Gəncə şəhər sakini Orxan Əmirovun idarə etdiyi “BMW” markalı avtomobilə vuraraq hadisə yerini tərk edib.

Piyadanı vuran şəxs istintaqa cəlb edilib

20 Noyabr 2017 17:30

Bakı şəhər sakini Fəridə Səmədovanı idarə etdiyi avtomobillə vurmaqda şübhəli bilinən şəxs istintaqa cəlb edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Qaçırılmış avtomobil idarə edilərkən saxlanılıb

20 Noyabr 2017 17:29

Salyan rayon sakinləri avtomobil qaçırmaqda şübhəli bilinərək tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyevin ətraflarında Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 10-na keçən gecə Zığ yolu küçəsindən Bakı şəhər sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Ev telefonları ilə bağlı yenilik

20 Noyabr 2017 17:25

"Ultel" MMC rabitə operatoru abunə müqavilələrinin mütəmadi yenilənməsi prosedurunu ləğv edib. Bu barədə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, bundan sonra operatorla abunəçi arasında imzalanan müqavilə müddətsiz olacaq: "Əgər əvvəllər müştərilər müqavilələri hər üç ildən bir yeniləməli olurdusa, yeni qaydalara əsasən bu prosedur avtomatik olaraq həyata keçiriləcək".

Meksikalı deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı Azərbaycan şikayət etdi

20 Noyabr 2017 17:22

Azərbaycanın Meksikadakı səfirliyi bu ölkənin bir qrup deputatının Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Deputatlar Palatasına şikayət edib.  Bunu Meksikanın nüfuzlu "El Financiero" qəzeti yazıb.  Məqalədə qeyd olunub ki, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Məmməd Talıbov rəsmi Bakının ciddi narazılığını bildirmək üçün Deputatlar Palatasının sədri Xorxe Karlos Ramirez Marin ilə görüşüb. 

Söz və mətbuat azadlıqlarının təmin olunmasında sosial medianın rolu danılmazdır

20 Noyabr 2017 17:04

Azərbaycanda demokratik proseslər inkişaf etdikcə söz və fikir azadlığı, mətbuata olan münasibət də müasirləşir. Etiraf edilməlidir ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da sosial media inkişaf dövrünü yaşayır. Düzdür, bəzən sosial media KİV haqqında qanuna sığmayaraq müəyyən olunmuş sərhədləri aşır, ancaq fakt ondan ibarətdir ki, Azərbaycanda bu kimi məsələlərə tolerantlıq göstərilir.

Rusların Şaxta babadan ən çox istədiyi - İpoteka borcunun silinməsi və ...

20 Noyabr 2017 17:03

Rusiyada Yeni il ərəfəsində Şaxta babaya arzular ünvanlanmağa başlayıb. Məlumata görə, Şaxta babaya müxtəlif yaş qrupundan insanlar məktublar yollayır. Şaxta babadan istənən arzular arasında ipoteka borcunun silinməsi, gənc qızların həyat yoldaşı tapmaq kimi müraciətlər yer alır. Bundan başqa, 7 yaşlı uşaq öz məktubunda Şaxta babadan kürək və metalaxtaran arzulayıb.

Otto Hauzer: "İrəvana sanksiya tətbiq edilməlidir"

20 Noyabr 2017 16:56

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı dünya birliyi sərt reaksiya göstərməlidir. Bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumun ikinci panelində çıxış edən Almaniyanın keçmiş deputatı və dövlət katibi, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib. O bildirib ki, Rusiyaya qarşı olan iqtisadi və siyasi sanksiyalar Ermənistana da tətbiq edilməlidir.

"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - Rəhim Rəhimli AÇIQLADI

20 Noyabr 2017 16:54

Rəhim Rəhimlinin uzun zamandır efirlərdən kənar düşməsinin səbəbi məlum olub.  "ATV maqazin onlarla" verilişinə açıqlama verən müğənni səhhətində problemlər yaşadığını bildirib: "Səhhətimdə bir az problem var. Qan təzyiqindən əziyyət çəkirəm. Təzyiqim çox yüksəkdir. Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm. Bu irsidir. Mənim rəhmətlik atamda da qan təzyiqi var idi. Məclislərə gedəndə, səhnə alanda yanımda artıq kimsə olur. Çünki hər an başım gicəllənə bilər". 

Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - Özü AÇIQLADI

20 Noyabr 2017 16:52

Son zamanlar "Eurovision" təmsilçimiz Dilarə Kazımovanın həyat yoldaşından ayrılması haqda xəbərlər yayılmağa başlayıb. Nəhayət müğənni bu haqda açıqlama verib. Dilarənin "ATV maqazin onlarla"ya açıqlamasını olduğu kimi təqdim edirik: "Nə hə demək istəmirəm, nə də yox. Həyatda hər şey olur. Rəsmi olanda açıqlayacam, çox fikirləşməyin bu barədə". 

Diaspor rəhbərinə qarşı zorakılıq: "Bu, azərbaycanlılara qarşı hörmətsizlik idi"

20 Noyabr 2017 16:49

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki yerli Azərbaycan diasporunun rəhbəri Sərraf Kərimov mülki geyimli polislərin fiziki təzyiqinə məruz qaldığı üçün məhkəməyə müraciət edib.

Manvel Sarkisyan: “Ermənistan prezidenti heç özü də bilmir ki, ölkənin sahibidir ya yox...”

20 Noyabr 2017 16:46

Ermənistanın tanınmış politoloqlarından, “Milli və beynəlxalq strateji araşdırmalar məkəzi”nin direktoru Manvel Sarkisyan ölkənin 1-ci informasiya saytına müsahibə verib. Həmin müsahibədə Sərkisyan Ermənistan hakimiyyəti və daxili siyasi proseslərlə bağlı maraqlı açıqlamalarla yadda qalıb.