Ev telefonları ilə bağlı yenilik

"Ultel" MMC rabitə operatoru abunə müqavilələrinin mütəmadi yenilənməsi prosedurunu ləğv edib. Bu barədə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, bundan sonra operatorla abunəçi arasında imzalanan müqavilə müddətsiz olacaq: "Əgər əvvəllər müştərilər müqavilələri hər üç ildən bir yeniləməli olurdusa, yeni qaydalara əsasən bu prosedur avtomatik olaraq həyata keçiriləcək".

Müqavilə yeniləməyə ehtiyac qalmadı

Qeyd edək ki, abunəçinin operatorla müqavilələri mütəmadi olaraq yeniləməsi barədə qaydalar 2016-cı il noyabrın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ləğv olunmuşdu. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31