Gündəm

ŞOK: Bu bitki qırışları bir anda yox edir!

20 Noyabr 2017 18:35

Arqan yağını saçda, dəridə, əldə və hər bölgədə istifadə etmək olar. İstəsəniz, çaya və qəhvəyə belə əlavə etmək olar. Tərkibindəki maddələr sizin daha yaxşı olmağınıza kömək edəcək. Dünya bu yağı neçə illərdir ki, kəşf edib. Lakin son bir ildir ki, bu yağın möcüzəvi əhəmiyyəti haqqında çox danışılır. Kosmetik məhsulların şampunların, əl kremlərinin və.s tərkibində istifadə edilir. Qeyd edək ki, qırışların aradan qaldırılmasında böyük rol oynayır. Hüceyrələrinin çoxalmasında və saçların daha gur olmasına kömək edir. Saçların tökülmədən, həcmli qalmasını istəyənlər bu yağdan mütləq istifadə etməlidir.

Hamilə qadınlar üçün RİSK - Belə YATMAYIN!

20 Noyabr 2017 18:30

Hamilələrin böyrü üstə yatması ölü doğum riskini azaldır. Bu üsulun hamiləliyin ilk üç ayında daha təsirli olduğu bildirilir. Təxminən min hamilə üzərində aparılan araşdırmaya görə, hamiləliyin ilk üç ayında arxası üstə yatan hamilələrin ölü uşaq dünyaya gətirmək riski böyrü üstə yatanlardan iki dəfə çoxdur. Araşdırma vaxtı 291 ölü, 735 sağ uşaq dünyaya gətirən qadının hamiləliyi incələnib. Araşdırmaya görə, hamiləlik zamanı önəmli olan yuxuya gedəndə hansı formada yatmağınızdır. Yuxudan oyananda bel üstə olduğunu görənlər həyəcanlanmamalıdırlar.

Prezident İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul edib

20 Noyabr 2017 18:27

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də FIFA-nın prezidenti Gianni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.

Azərbaycan- Özbəkistan Birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik oldu

20 Noyabr 2017 18:26

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Almaniyada partiyadan Merkelə çağırış — "Postunu tərk et"

20 Noyabr 2017 18:20

"Almaniya üçün alternativ" partiyasının liderləri kansler Angelə Merkelə çağırış ediblər. Partiya Merkeli istefaya çağırıb. Fraksiyanın həmsədri Aleksandr Qaulanda bildirib ki, koalisiya qurmaq barədə uğursuz danışıqlar Merkel başda olmaqla "xristian-demokratlar ittifaqı"nı bir çox şeyi düşünməyə məcbur etməlidir.

Almaniyada qəribə hadisə — İtirdiyi avtomobili 20 il sonra tapdı

20 Noyabr 2017 18:17

Almaniyanın Frankfurt şəhərində qəribə hadisə baş verib. 1997-ci ildə park etdiyi avtomobilinin yerini unudan şəxs polis sayəsində 20 ildən sonra nəqliyyat vasitəsinə qovuşub.

“Qarabağ” - “Çelsi” qarşılaşmasının hakimlər briqadası açıqlandı

20 Noyabr 2017 18:16

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” matçının hakimlər briqadası müəyyən edilib. Qarşılaşmanı portuqaliyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Manuel de Souza olacaq. Ona yan xətt hakimləri Alvaro Mesquita və Rikardo Santos kömək edəcək. Qarşılaşmanın əlavə hakimləri Fabio Verissimo və Luis Migel Branko Godinyo olacaq. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

NATO-nun qardaşımıza qarşı növbəti ÇİRKİN OYUNU: “Pulu kim verirsə..."

20 Noyabr 2017 18:11

“NATO Türkiyə üçün önəmli bir alyansdır. Ancaq Türkiyə NATO üçün daha da önəmlidir. Çünki bu ölkə ittifaqın İslam dünyasındakı yeganə müttəfiqi və Yaxın Şərqdəki ən etibarlı mövqeyidir. Türkiyənin ittifaqdan çıxması NATO-nun bu bölgədəki mövqelərinin itirilməsi deməkdir ki, bunun da alternativi yoxdur”.

Aktrisanı öldürənə sərvət VƏD ETDİ: ARA QARIŞDI

20 Noyabr 2017 18:09

1 dekabrda premyerası planlaşdırılan filmin təqdimatı sərt reaksiyalardan sonra təxirə salınmışdı. Hindistanda milliyətçi iqtidar partiyasının rəhbər şəxslərindən biri, ölkədə səs-küyə səbəb olan "Padmavati" tarixi filminin rejissoru və baş rol aktrisasını hədəf alıb. 

Gürcüstanla sərhəddə erməni hərbçi bıçaqlanıb

20 Noyabr 2017 18:07

Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” Nəzarət-Buraxılış Məntəqəsində erməni hərbçi bıçaqlanıb. Hadisə bu gün baş verib. Belə ki, Nəzarət-Buraxılış Məntəqəsində sərhəd xidmətinin hərbçisi “Mersedes-Benz” markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb.

Hindistan Dünya Bankından 100 milyon dollar borc aldı - SƏBƏB?

20 Noyabr 2017 18:06

Hindistan hökuməti Dünya Bankından 100 milyon dollar vəsait alınması barədə razılığa gəlib. Məlumata görə, Hindistan Maliyyə Nazirliyi bu vəsaitin ölkə ərazisində günəş elektrik stasiyalarının inşasına sərf edilməsi məqsədilə alındığını bildirib.

5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunacaq

20 Noyabr 2017 17:49

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.

Yeni Azərbaycan Partiyası – 25: xalqa, dövlətə xidmət nümunəsi

20 Noyabr 2017 17:46

Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını indiki və gələcək nəsillərə çatdırmaq lazımdır. 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan 1991-1993-cü illərdə çox böyük problemlərlə, itkilərlə üzləşmişdir.

Nail Allahverdiyevin məhkəməsi başlayır

20 Noyabr 2017 17:44

Bakıda "Gelandawagen" markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin məhkəməsi bu həftə başlayır. N.Allahverdiyev barəsində açılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

UNISEF: Azərbaycanda uşaqlar arasında təhsilalma səviyyəsi 95 faizdən yuxarıdır

20 Noyabr 2017 17:42

"Azərbaycanda uşaqların təhsil imkanları ilə təminatı baxımından ciddi problemlər yoxdur". Bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, xanım Əfşan Xan deyib.