Gündəm
Pintilik psixi xəstəlikdir?
Almaniya mütəxəssislərinə görə, pintilik psixi xəstəlikdir. Bunun üçün onlar “sindrom messi” kimi xüsusi termin də düşünüb tapmışlar. “Messy” ingilis sözü olub, “nizamsız”, “çirkli” deməkdir. Ekspertlərin hesablamalarına görə, Almaniyada azı 2 milyom adam bu xəstəlikdən əziyyət çəkir.
Bu planşet kompüterini təmir etmək mümkün deyil
Yeni “Microsoft Surface Book 2” planşet kompüterini, demək olar ki, təmir etmək mümkün deyil. “iFixit” şirkətinin mühəndisləri qurğunun təmirə yararlılığını ən aşağı balla qiymətləndiriblər.
“Facebook” istifadəçiləri yazıları silmək imkanından məhrum edib
“Facebook” sosial şəbəkəsi istifadəçiləri yazıları silmək imkanından məhrum edib. İndi sözügedən sosial şəbəkənin istifadəçiləri yalnız yazıları redaktə edə bilərlər.
Enerjini insan bədənindən toplayan “ağıllı” “PowerWatch” saatları hazırlanıb
"Matrix Industries" şirkəti innovativ enerjidoldurma sistemi ilə təchiz edilən "ağıllı" "PowerWatch" saatlarının tədarükünə başlayıb. İnsan bədənindən enerji toplayaraq onun istiliyini elektrik enerjisinə çevirən "PowerWatch" saatları qeyri-adiliyi ilə seçilir. Bu səbəbdən qurğunu adi üsulla - rozetkadan (o cümlədən simsiz enerjidoldurma) enerji ilə doldurmağa ehtiyac qalmır. Belə ki, istifadəçi saatı qoluna taxanda o işləyir, çıxaranda isə "sleep mode" ("yatma") rejiminə keçir. Yenidən taxdıqda isə təkrar işləyərək istifadəçinin bədənindən enerji hasil etməyə başlayır.
Növbəti nəsil “iPhone” modelləri iki SİM kartla təchiz ediləcək
“KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuon 2018-ci ildə buraxılacaq “Apple” smartfonları ilə bağlı proqnozlarını bölüşüb. Analitikin fikrincə, 2018-ci ildə “Apple” smartfonları “LTE” mobil rabitə standartının sürətini daha da artıracaq “Intel XMM 7560” və “Qualcomm Snapdragon X20” modemləri ilə təchiz olunacaq. Yeni çiplər “4x4 MIMO” texnologiyasını dəstəklədiyi halda hazırkı nəsil “iPhone” modelləri “2x2 MIMO” texnologiyasından istifadə edir.
“YouTube”un mobil proqramında çoxdan gözlənilən funksiya istifadəyə veriləcək
“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ortalığa çıxıb: “Google”un mühəndisləri mobil proqramda qara rəngli interfeysin tətbiqinə hazırlaşırlar.
Smartfonların mobil şəbəkələrlə iş üçün sazlanması sadələşdiriləcək
“GSMA” Assosiasiyası operator sazlanmalarının smartfonların əməliyyat sistemləri ilə inteqrasiyası üçün açıq standart yaratmaq niyyətindədir. Hazırda bir sıra funksiyaların, məsələn, “VoLTE” və “Wi-Fi” ilə zənglərin dəstəklənməsi üçün bütün aparatlar operatorlar tərəfindən təsdiqetmə prosedurundan keçir.
İnternetin yaradıcısı internetdəki reklam manipulyasiyalarından narahatdır
“URI”, “URL”, “HTTP”, “HTML” və “Ümumdünya Hörümçək Toru”nun ixtiraçısı cənab Timoti Con Berners-Li hesab edir ki, internet onun düşündüyü istiqamətdə inkişaf etmir. Alim internetdə tez-tez saxta xəbərlər peyda olmasından və internetin köməyi ilə təbliğat aparılmasından narahatdır. “The Guardian” nəşrinin jurnalistləri ilə müsahibəsində cənab Tim deyib ki, indi “Ümumdünya Hörümçək Toru” manipulyasiya alətinə çevrilib.
AIBA prezidenti istefa verdi
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu istefa verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. "Bu qərarı boksa olan sevgimə görə verdim. Qurum və boksun xeyirinə bu addımı atıram", - 71 yaşlı tayvanlı funksioner istefasına bu cür şərh verib.
Yığmamız Albaniyaya qalib gəldi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - "Mercedes Benz" Egey kubokunda bu gün ilk oyununu keçirib.
Almeyda 100-cü qolu vurdu
Topaz Premyer Liqasında 2017/18 mövsümünün 100-cü qolu vurulub.
Barama Lissabon veb-sammitində
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ölkəmizin ən uğurlu startapı “Technote” PAŞA Bankın dəstəyilə Azərbaycanı daha bir beynəlxalq konfransda təmsil etdi. Ölkəmizdən yeganə nümayəndə olaraq Portuqaliyanın Lissabon şəhərində keçirilən veb-sammitə qatılan təmsilçilərimiz bu sammit boyu müxtəlif tədbirlərdə yaxından iştirak edib, təcrübə mübadiləsi aparıblar.
Göyərti diabetin qarşısını alır
İngiltərəli alimlərə görə, rasiona daxil edilən göyərti diabetin artmasının qarşısını alır. Lester Universitetinin alimləri bu tədqiqatla məşğul olurlar. İndiyədək məlumdur ki, meyvə-tərəvəzin ürək və xərçəng xəstəliklərindən qoruyur.
Dərini gözəlləşdirən qidalar...
İtaliyada gözlənilən istefa - RƏSMİ
İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verib. Buna qurumun bugün keçirilən iclasında qərar verilib. 74 yaşlı funksionerin istefaya göndərilməsinə səbəb İtaliya millisinin DÇ-2018-dən kənarda qalması olub. Tavekkionu keçmiş hakim Pyerluici Kollinanın əvəzləyəcəyi gözllənilir. Bununla bağlı qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.














