Yığmamız Albaniyaya qalib gəldi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - "Mercedes Benz" Egey kubokunda bu gün ilk oyununu keçirib.
20 Noyabr 2017 18:55 İdman16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - "Mercedes Benz" Egey kubokunda bu gün ilk oyununu keçirib.
Milli.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəhruz Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31