Söz və mətbuat azadlıqlarının təmin olunmasında sosial medianın rolu danılmazdır

Azərbaycanda demokratik proseslər inkişaf etdikcə söz və fikir azadlığı, mətbuata olan münasibət də müasirləşir. Etiraf edilməlidir ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da sosial media inkişaf dövrünü yaşayır. Düzdür, bəzən sosial media KİV haqqında qanuna sığmayaraq müəyyən olunmuş sərhədləri aşır, ancaq fakt ondan ibarətdir ki, Azərbaycanda bu kimi məsələlərə tolerantlıq göstərilir.

Azərbaycanda demokratik proseslər inkişaf etdikcə söz və fikir azadlığı, mətbuata olan münasibət də müasirləşir. Etiraf edilməlidir ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da sosial media inkişaf dövrünü yaşayır. Düzdür, bəzən sosial media KİV haqqında qanuna sığmayaraq müəyyən olunmuş sərhədləri aşır, ancaq fakt ondan ibarətdir ki, Azərbaycanda bu kimi məsələlərə tolerantlıq göstərilir. Üstəlik sosial medianın inkişafına diqqət və qayğı ilə ynaşılır. Sirr deyil ki, Azərbaycan dövləti onlayn medianın da inkişafına xüsusi diqqət ayırır. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam buna bariz nümunədir. Qətiyyətlə demək olar ki, ölkə başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsini qarşıya məqsəd kimi qoyub. Xüsusən, sosial medianın inlişafına zəmin yaratmaq Azərbaycan dövlətinin prioritetlərindən hesab olunur. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin böyük əksəriyyəti internet istifadıçisidir. Vətəndaşları informasiya ilə təmin etmək məqsədilə çoxsaylı sosial media və xəbər portalları fəaliyyətdədir. İş orasındadır ki, onların heç biri üçün hansısa məhdudiyət müəyyən edilməyib. Əksinə sosial medianın inkişafına maddi və mənəvi dəstək göstərilir. Ölkə rəhbəri respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Dövlət başçısı ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. 2005-ci il 21 iyul tarixdə "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir.
Belə münasibət heç şübhəsiz ki, ölkədə sosil medianın inkişafına təsirsiz ötüşmür. Yeri gəlmişkən xatırladaq ki, sosial media sosial ünsiyyət və paylaşma üçündür, o, daha əlçatan və miqyaslı texnikalardan istifadə edir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Bu kimi halları nəzərə alan Azərbaycan dövləti sosial medianın ibkişafını vacib sayır. Etiraf edək ki, sosial media konsepsiyası son vaxtlar yaranmasına baxmayaraq, kütlələr tərəfindən asanlıqla qəbul edilib. Bilik hər bir inkişaf etməkdə olan texnoloji hadisənin dərhal qəbul edilməsini tələb edir. Eynilə texnoloji inkişaflar kimi, sosial media və virtual inkişaflar fərdlər tərəfindən tez qəbul olunur. Çünki, internetdən istifadə etməklə məlumatlara asanlıqla daxil olmaq insanların tələbatının ödənilməsinə xidmət edir. Nəzərə alınır ki, sosial media istifadəçilərinin böyük hissəsinin mobil cihazlarla qoşulması hazırki dövrün mobil erası olmasından xəbər verir. Ekspertlər hesab edirlər ki, sosial medianın insanlar üçün bir çox faydaları var. Belə ki, sosial media bir çox iş növünün yaranmasına kömək edib və bir çox işsiz üçün məşğulluq təmin edib. Çox sürətli bir rabitə qaynağı olduğundan bahalı olmadan və asan girişlə məlumat və xəbər alışını təmin edir. Sosial media sayəsində hər bir sahədə insanların səsi eşidilir və sosial layihələr böyük səs gətirir. Hər cür məlumatı anında əldə etmək imkanı var. Qohumlar və dostlar ilə ünsiyyət çox asan oldu. Elektron ticarət sistemi inkişaf etdirilib və insanlar onlayn alış-verişə başlayıblar. Siyasi elmlər üzrə fəlsəfə doktoru Murtəza Həsənov "Müasir Azərbaycanda sosial medianın inkişaf yolu" adlı məqaləsində qeyd edir ki, ölkələrin siyasi və iqtisadi baxımdan inkişaf etməsi üçün sosial medianın təsiri danılazdır: "Aparılan araşdırmalara görə, dünyanın ən zəngin adamları artıq ticarətlə məşğul olanlar deyil, sosial media qurucuları və proqram şirkətləridir. İctimai həyatın indi fərqli bir yol izlədiyi və təsirləndiyi bu sahə həyatımızın əvəzedilməz bir hissəsi olub. Reklamlar və təqdimatlar yazılı mediadan sosial mediaya keçməyə başladı. Artıq istehsalçılar bu sahə məhsullarını sürətli bir formada aşağı qiymətə təqdim edə və dərhal sifarişlər qəbul edə bilərlər. Lakin bu vəziyyətin bəzi mənfi cəhətləri var. Məsələn, bir istehlakçıdan gələn şikayət sosial mediada sürətlə yayılır və istehsalçı şirkət üçün böhran vəziyyəti yaradır. Bundan başqa, sosial medianın iqtisadiyyata təsiri ilə bağlı aşağıdakıları da demək olar: İlk növbədə, sosial media "gələcəyin iqtisadiyyatı"nı yaradır. Hər an məlumat əldəetmə sayəsində sosial mediadan bir çox şirkət istehsaldan marketinqə qədər faydalanır. Virtual dünya olsa da sosial media dünya iqtisadiyyatına yeni istiqamətlər gətirir. Dünуаdа infоrmаsiуаnın əhəmiууəti durmаdаn аrtır. Hаzırdа bu sektоr bütövlükdə iqtisаdiууаtın digər sаhələrindən dаhа sürətlə inkişаf edir. Bu sаhə Аzərbауcаndа sürətlə inkişаf edir. Təsаdüfi deуil ki, Аzərbауcаndа sənауenin neft qаz sektоrundаn sоnrа inkişаf sürətinə və уаtırılаn sərmауələrin həcminə görə infоrmаsiуа-kоmmunikаsiуа teхnоlоgiуаlаrı sаhəsi ikinci уerdədir. "Аzərbауcаn Respublikаsındа rаbitə və infоrmаsiуа teхnоlоgiуаlаrının inkişаfı üzrə 2010-2012-ci illər üçün Dövlət Prоqrаmı" təsdiq оlunub. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə, həmçinin cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndirilib, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılıb, milli standartlar formalaşdırılıb. Eləcə də 2020-ci ilə qədər "Elektron hökumət" xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə təmin olunacaq. "Elektron hökumət"in həyata keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin sahibkarlara, biznes sektoruna verilən xidmətləri, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Yeni media texnologiyaları, hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, mənfi müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə əhəmiyyətli rol oynayır". Sosioloq Teymur Həmzəyev bildirib ki, Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Sadalanan statistika onu deməyə əsas verir ki, Azərbaycanda azad medianın inkişafı üçün heş bir baryera yoxdur: "Sirr deyil ki, bu günə kimi Azərbaycanda sözgedən sahədə həyata keçirilən işlərlə bağlı bir çox yeniliklərə və uğurlara imza atılıb. Artıq ölkədə əhalinin böyük əksəriyyəti internetdən istifadə edir, sosial şəbəkələrdən yararlanır. Bununla belə, ölkədə məlumat azadlığının təmin edilməsi baxımından informasiyalı cəmiyyətinin bərqərar olması vacib şərtdir. Azərbaycanda informasiya cəmiyyətinin bərqərar olması istiqamətində işlər davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ardıcıl və uzunmüddətli inkişafa hesablanmış uğurlu siyasət nəticəsində ölkəmizdə müasir prinsiplərə söykənən informasiya cəmiyyətinin bərqərar olmasına möhkəm zəmin yaranıb". Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün ilk növbədə lazımi infrastruktur yaradılmalıdır. Artıq bunun üçün tələb olunan infrastruktur bazası ortadadır: "Hələ 2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki "Azerspace-1" orbitə çıxarılmışdır ki, bu da ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin artıq kommersiya istismarına başlanılmışdır. Məhz bu kimi görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Onların böyük əksəriyyəti genişzolaqlı, yəni sürətli internetdən istifadə edir. Qətiyyətlə demək olar ki, artıq əksər vətəndaşlar, harada yaşamasından asılı olmayaraq, sürətli internetə çıxış əldə edə bilirlər". T.Həmzəyev qeyd edib ki, hər bir dövlətdə demokratiyanın səviyyəsi söz və mətbuat azadlığının müəyyən olunmuş səviyyəsi ilə ölçülür. Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib, söz və mətbuat azadlıqları tam təmin olunub. Prezident İlham Əliyev mətbuatla bağlı müxtəlif dövrdə verdiyi açıqlamalar bir daha göstərir ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını və rolunu yüksək dəyərləndirir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31