Vaqif Əsədov: “Yayılan məlumat tamamilə yalandır”

Mətbuatda yayılan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycandakı avtomobillərin məlumat bazasını sığorta şirkətlərinə satıb. Məlumatda bildirilir ki, bu bazanı əldə etmək üçün sığorta şirkətləri BDYPİ-yə pul veriblər. Xəbərin ilginc tərəfi ondadır ki, bu məlumat bazasında ölkə rəhbərlərinin avtomobilləri haqda da məlumatlar var. Başda prezidentin xidməti avtomobili olmaqla bir çox nazir və nazir müavinlərinin xidməti avtomobillərinin seriya və hətta mühərrik nömrələrini belə BDYPİ tərəfindən sığorta şirkətlərinə satılmış həmin məlumat bazasında tapmaq olar.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Olaylar"a bildirib ki, yayılan məlumat tamamilə yalandır: "Bu xəbər qətiyyən həqiqətə uyğun deyil: "Hazırda yayılan məlumatla bağlı araşdırma aparılır. Bu informasiyanı yaymaq niyyətində olan, sosial şəbəkələrə çıxaran təbii ki, inzibati xəta yaradan şəxsdir. Yəni, intizamsızlığa meyilliliyi olan bir insandır. Görünür həmin şəxsin dövlət yol polisi tərəfindən saxlanılıb məsuliyyətə cəlb edilməsi o adamı hiddətləndirib və belə bir informasiyanı yaymağa nail olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31