Regionlarda zona müşavirələri keçirilib

Noyabr ayının 15-18 tarixlərində Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergi departament və idarələrinin rəhbər vəzifəli şəxslərin iştirakı ilə dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, ərazi vergi orqanları üzrə müəyyən olunmuş vergi proqnozlarının icrasının təmin olunması, eləcə də cari ilin 10 ayı ərzində görülmüş işlər və 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə həsr olunmuş zona müşavirələri keçirilib.

Noyabr ayının 15-18 tarixlərində Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergi departament və idarələrinin rəhbər vəzifəli şəxslərin iştirakı ilə dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, ərazi vergi orqanları üzrə müəyyən olunmuş vergi proqnozlarının icrasının təmin olunması, eləcə də cari ilin 10 ayı ərzində görülmüş işlər və 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə həsr olunmuş zona müşavirələri keçirilib. Vergilər Nazirliyindən "Olaylar"a bildirilib ki, zona müşavirələrində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1 faiz əməl olunduğu, proqnoz tapşırıqlarının bütün şəhər və rayonlar üzrə icra edildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafının davamlı olaraq təmin edilməsi nəticəsində iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən və 1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyədək artaraq 86,6 milyon manatdan 600,8 milyon manata çatdırıldığını bildirib."Dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, vergi orqanları üçün müəyyən olunmuş proqnozların icrasının təmin olunması və vergi inzibatçılığına dair bəzi məsələlər haqqında" Vergilər Nazirliyinin Kollegiya Qərarı ilə cari ilin son iki ayında və 2018-ci ildə vətəndaş müraciətlərinə baxılması və dövlət vergi orqanları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarının icrasının təmin edilməsi ilə bağlı verilmiş göstərişlərin mahiyyəti müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Sonra Vergilər Nazirliyinin hər bir ərazi vergi orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə aparılmış konkret təhlillərin nəticələri, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması yolları barədə məruzələr müşavirə iştirakçılarına təqdim olunub. Zona müşavirələrində hesabatla çıxış edən ərazi vergi orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri fəaliyyətində yol verdikləri nöqsan və müəyyən olunmuş vəzifələrin icrasının təmin olunması üçün görülən tədbirlər barədə məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31