Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından “Olaylar”a bildilib ki, sayca on dördüncü müsabiqə üzrə test imtahanından uğur qazanmış və qanunvericiliyin tələblərinə cavab verən 192 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılmışdır.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından "Olaylar"a bildilib ki, sayca on dördüncü müsabiqə üzrə test imtahanından uğur qazanmış və qanunvericiliyin tələblərinə cavab verən 192 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılmışdır. Hüquqşünas alimlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 95 nəfər zəruri bal toplayaraq söhbətdən müvəffəqiyyətlə keçmişdir. Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir. İcbari təlimdə iştirakla bağlı namizədlər noyabr ayının 27-i saat 10.00-da Akademiyada olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31