Avropa Azərbaycanlılarının Qarabağ Forumu keçiriləcək
Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə yola düşüblər. MM-dən “Olaylar”a verilən məlumata görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.
20 Noyabr 2017 14:25 SiyasətMilli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli "Avropa Azərbaycanlılarının Qarabağ Forumu"nda iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə yola düşüblər. MM-dən "Olaylar"a verilən məlumata görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər. Forumda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq. Səfər noyabrın 21-də başa çatacaq.