Kinematoqrafçılar İttifaqından açıqlama: “Rasim Balayevə kömək etməyə hazırıq “

“Bu günlərdə xalq artisti Rasim Balayev “Yeni Müsavat” qəzetinin müxbirinin “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olduğumu” sualına “Yox... istəmirəm də” deyə cavab verib. Qeyd edək ki, Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil. O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda katibidir və hazırda da o vəzifəni daşıyır”.

"Bu günlərdə xalq artisti Rasim Balayev "Yeni Müsavat" qəzetinin müxbirinin "Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olduğumu" sualına "Yox... istəmirəm də" deyə cavab verib. Qeyd edək ki, Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil. O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda katibidir və hazırda da o vəzifəni daşıyır".

Bu sözləri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev "Yeni Müsavat"a açıqlamasında bildirib.

O, qeyd edib ki, buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olduğu barədə xəbər tutduqdan sonra Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə bağlı maraqlanılıb: "Ona "Nə köməklik lazımdır, edə bilərik" deyilib. Rasim Balayevə bildirilib ki, müraciət edərsə, qurum hər an ona kömək etməyə hazırdır və bununla bağlı göstəriş də verilib. Lakin xalq artisti Rasim Balayev bildirib ki, "Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur. Çünki mən yaxşı təqaüd və prezident təqaüdü alıram". Onu da qeyd edək ki, xalq artisti Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə reklam və seriallara da çəkilir və özünün də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq Kinematoqrafçılar İttifaqı adından qeyd edək ki, xalq artisti Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməklik göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, "Çünki o, Rasim Balayevdir".

Xatırladaq ki, xalq artisti Rasim Balayevin "Dərmanlara pul çatdıra bilmirəm" deməsi ictimaiyyətdə geniş müzakirələrə yol açmışdı. Bununla bağlı məsələ ötən həftə Milli Məclisin plenar iclasında da müzakirə edilmişdi. Deputat, xalq artisti Zeynəb Xanlarova həm səhiyyə, həm də mədəniyyət və turizm nazirlərinə müraciət edərək, Rasim Balayevə dəstək olmağı xahiş etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31