Piyadanı vurub qaçan sürücü saxlandı

Bakıda yolu keçmək istəyən piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Bakıda yolu keçmək istəyən piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin "BMW" markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31