Elmar Məmmədyarov: “Həll yollarını axtarmaq lazımdır”

"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır". “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu, asan məsələ deyil: “Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir”. XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.

"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır". "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu, asan məsələ deyil: "Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir". XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31