Gündəm

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

29 Noyabr 2017 13:00

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

“BakuBus” avtobusların gecikmələrlə hərəkətinə aydınlıq gətirdi

29 Noyabr 2017 12:59

“Gün ərzində, xüsusən səhər və axşam pik saatlarında "BakuBus" avtobuslarının intervallarında baş verən ləngimələrlə bağlı şirkətin "Qaynar xətt"inə sərnişinlərimiz tərəfindən haqlı olaraq müxtəlif müraciətlər daxil olur. Şikayətlər araşdırılarkən demək olar ki, hər bir halda avtobusun hərəkət trayektoriyasındakı mövcud vəziyyətin intervallarda ləngimələrə və avtobusların dəqiqələrcə qapıları bağlı halda yolun ortasında dayanmasına səbəb olduğu aşkar edilir”.

Türkiyə Silahlı Qüvvələrindən uğurlu əməliyyat

29 Noyabr 2017 12:56

Türkiyə Silahlı Qüvvələri uğurlu əməliyat həyata keçiriblər. Belə ki, Tunceli vilayətinin Pülümür rayonunda böyük təlafata səbəb olacaq terror aksiyası hazırlayan qruplaşma zərərsizləşdirilib.

“ATV Qalereya” da   “Qədim Bakı”

29 Noyabr 2017 12:56

“Azad Azərbaycan” Müstəqil teleradio şirkətinin rəsm qalereyasında əməkdar rəssam Əşrəf Heybətin  fərdi sərgisi açılıb. Almaniyada yaşayan həmyerlimizin çoxşaxəli yaradıcılığı  sənətsevərlərə yaxşı tanışdır. Onun əsərləri dünyanın bir çox ölkəsində nümayiş olunub. Sərgiyə Milli Məclisin üzvləri, görkəmli elm, mədəniyyət xadimləri,   xarici ölkə səfirliklərinin nüma­yən­dələri, mətbuat işçiləri iştirak ediblər. Mərasimi giriş gözü ilə açan  ATV Bədii Şurasının sədri Etibar Babyev yeni ekspozisiyada rəssamın “Qədim Bakı” mövzusunda işlədiyi əsərlərinin öz əksini tapdığını söylədi. Əşrəf Heybət İçərişəhərdə doğu­lub boya-başa çatdığını deyən tanınmış jurnalist bir vaxtlar qala divarları axrasına sığınan bu şəhərin köhnə mənzərəsi,  tarixi-memarlıq abidələri, dar döngə, dalan və küçələrinin,  eləcə də  xoş siması,  şirin ləhcəsi ilə fərqlənən  köklü  sakinlərinin ruhən rəssama daha doğma, qəlbən daha yaxınlığının sərgidəki lövhələrdə aydın ifadə olunduğuna da  toxundu.

Bakıda AĞLAGƏLMƏZ OLAY: sürücü yolun ortasında öz maşınının ALTINDA QALDI - ANBAAN VİDEO

29 Noyabr 2017 12:45

Bakıda analoqu olmayan yol qəzası baş verib. "Cip" maşını paytaxtın mərkəzi küçələrindən birində velosipedi vurub. Dərhal avtomobili dayandıran sürücü velosipedçiyə yaxınlaşmaq istəyib.

“Qarabağ”ın qapıçısı komandadan ayrılır

29 Noyabr 2017 12:42

“Qarabağ” komandasının qapıçısı Anton Kanibolotski mövsümün sonunda klubdan ayrılacaq. Futbolçu haqqındakı bu iddialar Ukrayna mətbuatında yer alıb. İddialara görə, A.Kanibolotskinin bu mövsüm Çempionlar Liqasında forma geyinmədiyinə və ölkə kubokunda, həmçinin, Premyer Liqada nadir hallarda meydana çıxdığına görə klubla arasında narazılıqlar yaranıb.

Qızları əxlaqsızlığa məcbur edirmiş - 472 il həbs cəzası aldı

29 Noyabr 2017 12:40

ABŞ-ın Kolorado ştatının məhkəməsi qadınları əxlaqsızlıq etməyə məcbur edən vətəndaşa 472 illik həbs cəzası verib. 31 yaşlı ştat sakini Bryuk Franklin həddi-buluğa çatmamış qızları aldadaraq pul müqabilində kişilərlə cinsi münasibətə girməyə vadar edib. Franklinin rəhbərlik etdiyi dəstə 7 nəfərdən ibarət olub. Cinayətkar dəstə qızları ölümlə hədələyərək onlara xidmət etməyə vadar ediblər.

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - Bu əlamətlər varsa...

29 Noyabr 2017 12:38

Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır. Virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur.  Xəstəlik əvvəlcə qızdırma,  halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır. 

Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir

29 Noyabr 2017 12:36

“Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı bir qayda olaraq imzalanıb. Bu, yalnız 2016-cı ildə olmayıb”. 

Bakıda yağış, rayonlarda qar yağacaq

29 Noyabr 2017 12:33

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Dini Komitə Təhsil Nazirliyi ilə birlikdə tədbir keçirib

29 Noyabr 2017 12:30

Dini Qurumlarla  İş üzrə Dövlət  Komitəsi (DQİDK) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yerləşən 236 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Cəbhə zonasında İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyət istiqamətləri müzakirə olunub

29 Noyabr 2017 12:23

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, rayon ictimaiyyəti, dindarlar, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Putinin hər kəsdən gizlətdiyi qızı rəqqasədi? - VİDEO

29 Noyabr 2017 12:21

Ailəsini hər zaman mətbuatdan gizli saxlayan Rusiya prezidenti Vladimir Putinin üçüncü qızı Katerina Tixovna olduğu iddia edilir. Olaylar.az bildirir ki, rəqqasə və alim olan Katerinadan illər öncə rusiyalı jurnalist müsahibə almışdı. Lakin müsahibə yayımladıqdan az sonra müəmmalı şəkildə internetdən silinmişdi. 31 yaşlı Katerina Tixovnanın rəqqas yoldaşı onun Putinin qızı olduğunu təsdiqləyib.

Avropa İttifaqının dəstəyi ilə İmişlidə təlim keçirilib

29 Noyabr 2017 12:19

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 25 Noyabr 2017-ci ildə İmişli rayonunda yerli QHT nümayəndələrinin iştiraki ilə strateji planlaşdırma mövzusunda 3 günlük təlim keçirib.

İndoneziyada torpaq sürüşməsi və daşqınlar - 20 ölü

29 Noyabr 2017 12:17

İndoneziyanın Şərqi Yava əyalətində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 20 nəfər həlak olub. Məlumata görə, bölgədə tüğyan edən siklon Yava və Bali adalarının müxtəlif bölgələrində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Mindən çox yaşayış evi su altında qalıb. Hazırda bölgədə xilasetmə işləri aparılır. Güclü küləklərin həftə sonunadək davam edəcəyi proqnozlaşdırılır.