“ATV Qalereya” da   “Qədim Bakı”

“Azad Azərbaycan” Müstəqil teleradio şirkətinin rəsm qalereyasında əməkdar rəssam Əşrəf Heybətin  fərdi sərgisi açılıb. Almaniyada yaşayan həmyerlimizin çoxşaxəli yaradıcılığı  sənətsevərlərə yaxşı tanışdır. Onun əsərləri dünyanın bir çox ölkəsində nümayiş olunub. Sərgiyə Milli Məclisin üzvləri, görkəmli elm, mədəniyyət xadimləri,   xarici ölkə səfirliklərinin nüma­yən­dələri, mətbuat işçiləri iştirak ediblər. Mərasimi giriş gözü ilə açan  ATV Bədii Şurasının sədri Etibar Babyev yeni ekspozisiyada rəssamın “Qədim Bakı” mövzusunda işlədiyi əsərlərinin öz əksini tapdığını söylədi. Əşrəf Heybət İçərişəhərdə doğu­lub boya-başa çatdığını deyən tanınmış jurnalist bir vaxtlar qala divarları axrasına sığınan bu şəhərin köhnə mənzərəsi,  tarixi-memarlıq abidələri, dar döngə, dalan və küçələrinin,  eləcə də  xoş siması,  şirin ləhcəsi ilə fərqlənən  köklü  sakinlərinin ruhən rəssama daha doğma, qəlbən daha yaxınlığının sərgidəki lövhələrdə aydın ifadə olunduğuna da  toxundu.

"Azad Azərbaycan" Müstəqil teleradio şirkətinin rəsm qalereyasında əməkdar rəssam Əşrəf Heybətin  fərdi sərgisi açılıb. Almaniyada yaşayan həmyerlimizin çoxşaxəli yaradıcılığı  sənətsevərlərə yaxşı tanışdır. Onun əsərləri dünyanın bir çox ölkəsində nümayiş olunub. Sərgiyə Milli Məclisin üzvləri, görkəmli elm, mədəniyyət xadimləri,   xarici ölkə səfirliklərinin nüma­yən­dələri, mətbuat işçiləri iştirak ediblər. Mərasimi giriş gözü ilə açan  ATV Bədii Şurasının sədri Etibar Babyev yeni ekspozisiyada rəssamın "Qədim Bakı" mövzusunda işlədiyi əsərlərinin öz əksini tapdığını söylədi. Əşrəf Heybət İçərişəhərdə doğu­lub boya-başa çatdığını deyən tanınmış jurnalist bir vaxtlar qala divarları axrasına sığınan bu şəhərin köhnə mənzərəsi,  tarixi-memarlıq abidələri, dar döngə, dalan və küçələrinin,  eləcə də  xoş siması,  şirin ləhcəsi ilə fərqlənən  köklü  sakinlərinin ruhən rəssama daha doğma, qəlbən daha yaxınlığının sərgidəki lövhələrdə aydın ifadə olunduğuna da  toxundu.

ATV-nin prezidenti Azər Xəlilov rəssam Əşrəf Heybəti  fərdi sərgisinin açı­lışı münasibəti ilə təbrik etdi,  ona yeni yaradıcılıq uğur­ları arzuldı.  ATV-nin gələcəkdə də Azərbaycan mədəniyyətinin, incəsənə­tinin təbliğinə, gənc nəslin estetik tərbiyəsinə xidmət edən yeni layihələrə xüsusi diqqətlə yanaşa­ca­ğını vurğuladı. Millət vəkili, akademik Rəfael Hüseynov çıxışında Əşrəf Heybətin yara­dıcılığına  uzun illərdən bəri yaxından bələd  olduğunu dedi. Onun həm kamil insan,  səmimi dost, həm də ustad rəssam kimi  əsas məziyyətlərindən danışdı.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov "ATV Qalereya" layihəsinin gənclərin estetik tərbiyəsində, maariflənməsində və rəssamlığın  təbliğində müstəsna əhəmiyyətini  ayrıca qeyd edib,  ATV-nin rəhbərliyinə Rəssamların İttifaqı adından  xüsusi təşəkkürünü çatdırdı.  Sərginin açılış mərasimində çıxış edən Hindistanın  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Sanjay Rana  Əşrəf Heybətin yaradıcılığı ilə yaxından tanış olduğunu , onun sənətini yüksək qiymətləndirdiyini söylədi.  ATV şirkətinin təşəbbüsünün isə təqdirəlayiq hal ol­du­ğunu bildirdi.

Əməkdar rəssamın  40-a yaxın əsəri nümayiş olunan "Qədim Bakı" sərgisi "ATV Oalereya" da tanış ola bilərsiz. Ünvan, Şərifzadə küçəsi, 10.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31