“Qarabağ”ın qapıçısı komandadan ayrılır

“Qarabağ” komandasının qapıçısı Anton Kanibolotski mövsümün sonunda klubdan ayrılacaq. Futbolçu haqqındakı bu iddialar Ukrayna mətbuatında yer alıb. İddialara görə, A.Kanibolotskinin bu mövsüm Çempionlar Liqasında forma geyinmədiyinə və ölkə kubokunda, həmçinin, Premyer Liqada nadir hallarda meydana çıxdığına görə klubla arasında narazılıqlar yaranıb.

"Qarabağ" komandasının qapıçısı Anton Kanibolotski mövsümün sonunda klubdan ayrılacaq. Futbolçu haqqındakı bu iddialar Ukrayna mətbuatında yer alıb. İddialara görə, A.Kanibolotskinin bu mövsüm Çempionlar Liqasında forma geyinmədiyinə və ölkə kubokunda, həmçinin, Premyer Liqada nadir hallarda meydana çıxdığına görə klubla arasında narazılıqlar yaranıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə məsələ ilə bağlı verdiyi açıqlamada qapıçı ilə bağlı şəxsi narazılığının olmadığını bildirib: "Kanibolotskinin az şans qazanması limitlə bağlıdı. Mənim Antonla bağlı heç bir narazılığım yoxdur. Ukrayna mətbuatında onunla bağlı nə yazıldığından isə xəbərsizəm". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31