Gündəm
333 əsgər FETÖ –dən şübhəli bilindi
Türkiyə Silahlı Qüvvələrində FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat zamanı 360 nəfər saxlanılıb. Saxlanılanlardan 333 nəfəri hərbi qulluqçudu.
Gürcüstandan 70 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.
Aprel döyüşləri yeniyetmə rəssamların əsərlərində
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Hərb Tarixi Muzeyində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” adlı rəsm dərnəyinin sərgisi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə istedadlı şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihə təqdim olunub. Dörd ay davam edəcək layihənin əsas məqsədi Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizi yeni nəsilə tanıdılmasıdı.
Qadın güləşçilər Dünya Kuboku uğrunda yarışacaq
1-2 dekabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcək.
Prezident Zakir Həsənova göstəriş verdi... FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
Könül Kərimovanın dördmərtəbəli villası – Fotolar
Müğənni Könül Kərimovanın dördmərtəbəli villası fotoqrafımız tərəfindən lentə alınıb. Sənətçinin evi klassik üslubda dizayn edilib.
Gürcüstanda ikinci “İpək Yolu” Beynəlxalq Forumu keçirilir
28-29 noyabr 2017-ci ildə Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Baş nazirinin sədrliyi ilə ikinci "İpək Yolu" Beynəlxalq Forumu kecirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 50-dən çox ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda regional və qlobal ticarət, elektron ticarət imkanlarının genişləndirilməsi, rəqəmsal baglantılar və bu istiqamətdə mümkün maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturu və eləcə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.
“Fənərbağça”nın sabiq hücumçusu sərbəst buraxıldı
Türkiyə millisinin və "Fənərbağça"nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryol bir müddət öncə Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilmişdi.
Türkiyəli müğənni Zauru canlı yayımda təhqir etdi
Dünən “5/5” verilişinin qonaqlarından biri türkiyəli müğənni Adil Karaca olub. Müğənni aparıcı Zaurun zarafatını cavabsız qoymayıb. Zaur mahnısını ifa edib, bitirən Adilə “Reklamdayıq indi. Bir azdan yenidən oxuyarsan bunu. Təzdən verin efirə. Nəsə mahnıda problem oldu. Səsdə problem yaranıb” deyib.
Prezidentin qızını heyran edən Reyhan kimdir?- VİDEO
Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq, Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına “sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır” sözlərini də əlavə edib.
Paytaxt sakinləri arasında bu qrip virusları yayılıb — SİYAHI
“Son 3 ildə apardığımız elmi tədqiqatların nəticələrinə görə, Bakıda - həm böyük, həm də uşaq əhalisi arasında təhlükəli A qrip virusu aşkar edilməsə də, B qrip virusu aşkar olunub. B qrip virusu isə o qədər təhlükəli deyil”. Bunu Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.
Ermənistanda kredit təşkilatına silahlı basqın olub
Dünən saat 19:00 radələrində Ermənistanda naməlum şəxs tərəfindən kredit təşkilatlarından birinin ofisinə silahlı basqın edilib. Cinayətkar hadisə yerindən qaçıb.
4 minə yaxın erməninin “Facebook” profili ələ keçirilib
Sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycana qarşı təxribat kampaniyası aparılır. Ölkəmizlə bağlı mütəşəkkil şəkildə dezinformasiya yayan minlərlə təxribatçı erməni istifadəçinin “Facebook” profili ələ keçirilib.
Bu vəzifələrə qəbul testdən kənar aparılacaq
Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edib.
Dağlıq Qarabağ tənzimlənməsi Putin planı üzrə mərhələli variantda reallaşdırılır
Rəsmi Yerevan özünə xas metodla Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona gətirdiyi Putin planını açıqladı: Dağlıq Qarabağ tənzimlənməsi mərhələli variantda reallaşdırılır. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.


.jpg)











