Aprel döyüşləri yeniyetmə rəssamların əsərlərində
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Hərb Tarixi Muzeyində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” adlı rəsm dərnəyinin sərgisi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə istedadlı şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihə təqdim olunub. Dörd ay davam edəcək layihənin əsas məqsədi Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizi yeni nəsilə tanıdılmasıdı.
29 Noyabr 2017 12:11 MədəniyyətJurnalist Ekspert Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Hərb Tarixi Muzeyində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Bacarıqlı əllər" adlı rəsm dərnəyinin sərgisi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə istedadlı şagirdlərinin iştirakı ilə "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" adlı layihə təqdim olunub. Dörd ay davam edəcək layihənin əsas məqsədi Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizi yeni nəsilə tanıdılmasıdı.
Tədbirdə Azərbaycan Respublikasının Sabunçu rayonu üzrə Millət vəkili Dilarə Cəbrayılova, Cəmşid Naxçıvanski adına hərbi liseyin nümayəndəsi Əkbərov Cəlil, JEM-in sədri Ceyhun Musaoğlu, Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş qəhrəmanların valideyinləri və yaxınları iştirak etdilər.
Çıxış üçün ilk söz layihənin rəhbəri, Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri Ceyhun Musaoğluna verildi. O, çıxışında tədbirə gələn şəhid valideyinlərinə öz dərin minnətdarlığını bildirdi və layihə haqqında qısa məlumat verdi. Ceyhun Musaoğlu qeyd etdi ki, layihənin əsas məqsədi əsgərlərimizin qəhrəmanlığını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gənc nəslin yaradıcı nümayəndələrində vətənpərvərlik ruhu aşılamaq, Uşaq Filarmoniyasının kollektivi, xüsusi olaraq Dilarə xanım Əliyevaya, Hərb Tarixi Muzeyinin rəyisi, polkovnik Əzizağa Qənizadəyə bu layihədə dəstək göstərdiyi üçün minnətdarlığını bildir.
Çıxış üçün növbəti söz Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva, Millət Vəkili Dilarə Cəbrayılova çıxışlarında bu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirərək şəhidlərimizə allahdan rəhmət dilədilər.
Layihədə Uşaq Filarmoniyasının 4 müəllimi və 16 gənc rəssamı iştirak edib.