Türkiyəli müğənni Zauru canlı yayımda təhqir etdi

Dünən “5/5” verilişinin qonaqlarından biri türkiyəli müğənni Adil Karaca olub. Müğənni aparıcı Zaurun zarafatını cavabsız qoymayıb. Zaur mahnısını ifa edib, bitirən Adilə “Reklamdayıq indi. Bir azdan yenidən oxuyarsan bunu. Təzdən verin efirə. Nəsə mahnıda problem oldu. Səsdə problem yaranıb” deyib.

Dünən "5/5" verilişinin qonaqlarından biri türkiyəli müğənni Adil Karaca olub. Müğənni aparıcı Zaurun zarafatını cavabsız qoymayıb. Zaur mahnısını ifa edib, bitirən Adilə "Reklamdayıq indi. Bir azdan yenidən oxuyarsan bunu. Təzdən verin efirə. Nəsə mahnıda problem oldu. Səsdə problem yaranıb" deyib.

Müğənni Zaurun zarafat etdiyini anlayaraq gülməyə başlayıb. Aparıcı Adil Karacaya "Sən bilmirsən ki, canlı efir gedir?!" söyləyib. Türkiyəli ifaçı əli ilə Zauru işarə edərək "Adam olmaz, yenə bəlli. Görürsünüz, hər zamankı adam, bundan adam olmaz (gülür). Pis mənada demədim. Mahnıda belə deyilir, ay Zaur..." ifadələrini işlədib. Zaur üçün müğənninin sözlərinin gözlənilməz olduğu mimikasından bəlli olub. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31