Gündəm
Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verəcək
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib. Sorğu-sual dekabrın 18-nə təyin olunub.
Tramp İŞİD üzərində qələbəni elan edib
Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olub. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Artur Rasizadə köməkçilərinin sayını 7-dən 3-ə endirdi
Azərbaycan baş nazirinin köməkçilərinin sayı azaldılıb. Bununla bağlı Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Eldar Mahmudovun cinayətkar sindikatının daha bir üzvü məhkəmə qarşısında
Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Xəzər də "silkələndi"
Bu gün səhər saatlarında Xəzər dənizində Rixter cədvəli ilə 3,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Dərbənd şəhərindən 12 kilometr şərqdə qeydə alınıb. Təkanların 74 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.
Yerə yaxınlaşmış təhlükə barədə niyə xəbər verilmədi?
Noyabrın 9-da diametri 32 metrə çatan 2017 VL2 asteroidi Yerdən 117 min kilometr məsafədə keçib. Bu, səma cisminin planetimizə çox təhlükəli yaxınlaşması sayılır. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) başda olmaqla, dünyanın heç bir müvafiq dövlət qurumu bu barədə məlumat yaymayıb.
Türkiyədə kütləvi zəhərlənmə - 437 tələbə xəstəxanada
Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib. Rizə Universitetinin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib. Onların zəhərləndyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.
Qısqanc ər ona xəyanət edən qadının barmaqlarını kəsdi
Qısqanc ər ona xəyanət etməkdə günahlandırdığı həyat yoldaşının əllərini kəsib. Həkimlər onun bir əlini yerinə tikə bilsələr də, digər əlini bərpa edə bilməyiblər.
Aktyorun ailəsində ağır İTKİ: "Yalvardı ki, məni ölməyə qoyma"
Bakı Uşaq Teatrının direktoru, tanınmış aktyor İntiqam Soltanın bacısı dünyasını dəyişib. Açıqlama verən İ.Soltan bacısının xərçəng xəstəliyindən vəfat etdiyini deyib: "Həkimlər nə qədər çalışsa da, onu xilas edə bilmədilər.
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib
Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmayacaq.
Tələbələrin magistratura pilləsində ixtisasını dəyişməsi qadağan edilib
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər təhsillərini ödənişli əsaslarla davam etdirəcək. Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ını təsdiq edib.
Deformasiyaya uğramış avtomobildən 2 nəfərin meyiti çıxarılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
Daha bir deputatımız AŞPA-nın məruzəçisi təyin edilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Vüsal Hüseynovun məruzəçisi olduğu “İşgəncə və ölüm cəzasının icrası üçün istifadə edilən vasitələrin (alətlər, avadanlıqlar və sair) ticarətinə qarşı beynəlxalq qaydaların (tənzimetmənin) gücləndirilməsi” üzrə hesabatı qəbul edilib.
Azərbaycanda orqan transplantasiyasında İLK: Meyitdən donor...
“Orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı ilə donorların sayı tərs mütənasibdir”. Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyasına həsr olunmuş tədbirdə xəstəxananın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımı bildirib.
Maşının yanacaq çənində pirotexniki vasitə və fişəng aşkarlanıb
Kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobildə pirotexniki vasitə və fişənglər aşkarlanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.














