Gündəm

Hava buludlu olacaq

13 Dekabr 2017 13:12

Bakı və Abşeron yarımadasında dekabrın 14-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.

“OKSİAM-B” göz damcısının saxta olduğu müəyyənləşib, onun istifadəsi qadağan edilib

13 Dekabr 2017 13:08

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olub-olmaması Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır.

Türkiyə prezidenti Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb

13 Dekabr 2017 13:07

"İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail  mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır.

“Avropa Birliyi qrup və insan qaçaqçılarına maddi dəstək verir”

13 Dekabr 2017 13:04

Aİ (Amnesty International) Avropa hökumətlərini Liviyadakı miqrantlara qarşı yönəlmiş hər növ işgəncə və zor tətbiqində bilə-bilə əli olduğunu bildirib. Aİ Avropa Birliyinin Liviyada qarşıdurma yaradan qrup və insan qaçaqçılarına maddi dəstək verdiyini açıqlayıb. BBC-nin suallarına AB hələ bir cavab verməyib.

Beynəlxalq Muğam Mərkəzində yubiley

13 Dekabr 2017 12:58

Dekabrın 18- də  Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yaranmasına həsr edilmiş silsilə konsertlər çərçivəsində məktəbin nəfəs alətləri şöbəsinin müəllim və şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

Bakcell şirkətinin stendi “BakuTel-2017” sərgisinin ən orijinal stendi seçildi

13 Dekabr 2017 12:54

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətinin stendi “BakuTel-2017” sərgisinin “ən orijinal stendi” adına layiq görülüb.

Salyandakı qətliamın dəhşətli sirləri açılır- VİDEO

13 Dekabr 2017 12:52

Yazı yarım saatdır hazırdı. Amma onun hansı adlı, hansı formada təqdim edəcəyimi bilmirəm. Çünki heç vaxt dörd qız və ananın qətlə yetirildiyi evdən reportaj hazırlamamışam. Heç ana öldürüləndən sonra onun işlədiyi yerə gedib məvacibini alıb xərcləyən oğul da görməmişəm...

Ərdoğan: "İsrail işğalçı və terrorçu dövlətdir"

13 Dekabr 2017 12:48

"Qüdsdə, bu qədim şəhərin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

İstanbulda İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə Sammiti başlayıb

13 Dekabr 2017 12:45

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir. Sammitdə 48 ölkə iştirak edir. Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunur. Təşkilatın müşahidəçi statusundakı üzvləri Rusiya və Çin də İstanbulda sammitinə diplomatik səviyyədə nümayəndələrini göndərib. Tədirə "Quran" oxunması ilə başlanıb.

Siyavuş Novruzov: "Ermənilərin saxta qeydiyyatlarına qarşı ciddi mübarizə aparmalıyıq"

13 Dekabr 2017 12:43

“Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində abidələri öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlərdir”. Məlumata görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Azəri qızı Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”

13 Dekabr 2017 12:39

Günül Zeynalova adının Rza Zərrabla hallanmaması üçün mətbuat orqanlarına müraciət edib. Azərbaycanlı müğənni bu məsələ ilə ağlı narahatlığını dilə gətirib. Günelin müraciətii olduğu kimi təqdim edirik: “Keçmişdə yaşanmış və bitmiş münasibətimlə bağlı son günlər mətbuatda çıxan xəbərlərdə adımın davamlı hallanmasından narahatam və üzülürəm.

Tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi açıqlanıb

13 Dekabr 2017 12:33

Azərbaycanda 5 halda tələbə ali təhsil müəssisəsindən xaric ediləcək. Məlumata görə, bu,Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.

Seçici yoxlamadan keçmədən səs verəcək

13 Dekabr 2017 12:31

Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir. Bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.

Kamran İmanov: “Erməni plagiatının arxasında siyasi maraqlar durur”

13 Dekabr 2017 12:29

“Bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyil”.

General faciəvi şəkildə həlak oldu

13 Dekabr 2017 12:26

Ərəb mətbuatının xəbərinə əsasən,  İranın ən təcrübəli raket mütəxəssislərindən biri sayılan general Hüseyn Xosrovi Yəmənin paytaxtı Sənan şəhərinin Ərxab bölgəsində Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin bombardmanı zamanı öldürülüb.