Gündəm

Azərbaycanlı biznesmen "Çerkizovo"nu satır

13 Dekabr 2017 14:04

Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi "Cerkizovo" şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər. Bu barədə öz mənbələrinə istinadən "Kommersant" qəzeti yazıb. Bildirilir ki, biznesmen Taylandın "CP Foods" şirkəti və Vadim Moşkoviçə məxsus "Rusaqro" ilə danışıqlar aparır. "Çerkizovo"nun rəsmisi məlumat təkzib edib.

5 yaşlı uşağa orqan köçürüldü, göbələk yeyənlərə xəbərdarlıq olundu

13 Dekabr 2017 14:01

Azərbaycanda transplantasiya əməliyyatı aparılan xəstələrin 22 faizi uşaqlardır. Onların ən kiçiyi 5, böyüyü isə 16 yaşdadır. Virtualaz.org saytı xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının transplantoloq-nefroloqu Elnur Fərəcov deyib.

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - CANLI YAYIM

13 Dekabr 2017 13:58

Fələstin lideri çıxışında Böyük Britaniyanın özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdiyini bildirib. Onun sözlərinə görə, Britaniya bunu edəndə ən böyük tərəfdaşı ABŞ idi.

İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır

13 Dekabr 2017 13:54

"Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahədə reallaşdırılan tədbirlər də çox önəmlidir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Sevinc Hüseynova səsləndirib. O, bildirib ki, islahatların yeni mərhələsi cəmiyyətimiz tərəfindən yüksək qarşılanır.

“İlin Konüllü”sü mükafatı müəyyən edilib

13 Dekabr 2017 13:52

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində “Könüllü ol” layihəsi baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib. Layihənin məqsədi könüllülüyün ölkəmizdə təbliğ edilməsi, gənclərimizin könüllü qismində müxtəlif irimiqyaslı və digər ictimai və sosial tədbirlərdə iştiraka həvəsləndirilməsi, gənclərin milli və beynəlxalq səviyyədə həyata keçirilən könüllülük proqramları haqqında məlumatlandırılması və könüllü fəaliyyətə cəlb olunmasıdır.

Əhali ən çox vəsaiti ərzağa xərcləyib

13 Dekabr 2017 13:50

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub.

Avtomobil qaçıran yaxalanıb

13 Dekabr 2017 13:48

Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib.

HƏMAS lideri saxlanıldı - İsrail polisindən əməliyyat

13 Dekabr 2017 13:42

İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İordan çayının Qərb sahilində 32 fələstinli saxlanılıb. Saxlananlar arasında HƏMAS hərəkatının liderlərindən biriHəsən Yusif də var. Məlumata görə, İordan çayının Qərb sahilindəki əməliyyat ŞABAK xüsusi xidməti və sərhəd polisi ilə birgə keçirilib. Saxlanan şəxslər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra etirazlar dalğasına təşəbbüs göstərməkdə ittiham olunurlar.

Mahmud Abbas: “ABŞ bundan sonra bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək”

13 Dekabr 2017 13:35

“Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Bu məsələdə ən böyük dəstəkçi ABŞ idi”. Bu sözləri Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

Bankomatdan 400 min manat oğurlayan ələ keçib

13 Dekabr 2017 13:29

Bakıda qaynaq aparatı ilə bankomatdan 400 min manat oğurladığı üçün tutulan şəxsin digər cinayətlərinin üstü açılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində bankomatdan 400 min manat oğurladığı üçün həbs edilən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Biləsuvarda məcburi köçkün düşərgəsində, Şirvan şəhəri Hacı Qəhrəmanlı qəsəbəsi ərazisindəki və Sarvan qəsəbəsi ərazisində quraşdırılmış bankomatlardan ümumilikdə 345 min manat, Ucar rayonunun Qazıqumlaq kəndində quraşdırılmış bankomatdan 10 min 500 manat oğurlaması müəyyən edilib.

Fədayə Laçın həbsdə saxlandı

13 Dekabr 2017 13:23

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə dekabrın 13-də məhkəmə prosesi keçirilib.

Bakı məktəblisi beynəlxalq olimpiadanın qalibi olub

13 Dekabr 2017 13:22

Paytaxt məktəblisi Beynəlxalq Rus Dili Olimpiadasının qalibi adını qazanıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın VIII sinif şagirdi Aydan Məmmədzadə Moskvada keçirilən XV Beynəlxalq Rus Dili Olimpiadasının finalında mütləq qalib olub.

Azərbaycan-Türkiyə birgə qoşun növü masada

13 Dekabr 2017 13:21

Gələn il Qarabağ konfliktinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə-Azərbaycan birgə ordu birləşməsi Naxçıvanda yaradıla bilər. Bu il ərzində Türkiyə ilə bir neçə dəfə birgə hərbi təlimlər, türk generallarının intensiv səfərləri və iki dövlətin baş qərargahları arasında sənədlərin imzalanması, iki dövlətin ordusunun inteqrasiyasını sürətləndirir”.

Qənirə Paşayeva İraqı Xocalı soyqırımı ilə bağlı rəsmi mövqe bildirməyə çağırıb

13 Dekabr 2017 13:20

Millət vəkili Qənirə Paşayeva İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi terrorla mübarizəyə dair və 50-ə yaxın ölkədən nümayəndələrin qatıldığı beynəlxalq tədbirdə iştirak edib. “Olaylar” xəbər verir ki, tədbirdə İraq rəsmiləri terrorla mübarizəyə dair gördükləri tədbirlər, bu istiqamətdə əldə etdikləri uğurlar barədə məlumatlar veriblər və terrorla mübarizədə ikili standartlara son qoyulmasının vacibliyi, terrorla mübarizədə beynəlxalq birliyin vacibliyi ətrafında müzakirələr keçirilib.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edir

13 Dekabr 2017 13:15

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı işə başlayıb.