Azərbaycan-Türkiyə birgə qoşun növü masada
Gələn il Qarabağ konfliktinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə-Azərbaycan birgə ordu birləşməsi Naxçıvanda yaradıla bilər. Bu il ərzində Türkiyə ilə bir neçə dəfə birgə hərbi təlimlər, türk generallarının intensiv səfərləri və iki dövlətin baş qərargahları arasında sənədlərin imzalanması, iki dövlətin ordusunun inteqrasiyasını sürətləndirir”.
13 Dekabr 2017 13:21 SiyasətGələn il Qarabağ konfliktinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə-Azərbaycan birgə ordu birləşməsi Naxçıvanda yaradıla bilər. Bu il ərzində Türkiyə ilə bir neçə dəfə birgə hərbi təlimlər, türk generallarının intensiv səfərləri və iki dövlətin baş qərargahları arasında sənədlərin imzalanması, iki dövlətin ordusunun inteqrasiyasını sürətləndirir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, regionda gedən gərgin geosiyasi proseslər Azərbaycanla Türkiyənin birgə ordu yaratmasını şərtləndirir: "Naxçıvannın təhlükəsizliyinə qarantı olan Türkiyənin burada birgə ordu yaratması qanuna uyğundur. Türkiyə-Azərbaycan birgə ordu birləşməsi, Ermənistanın işğalçı qüvvələrinə qarşı mübarizədə istifadə edilə bilər. Türkiyə Azərbaycanla təkcə hərbi texniki yardımda deyil, şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsində, xüsusi qoşunların müasir döyüş tələblərinə uyğun formalaşmasında mühüm rol oynayır. Göründyü kimi, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Rusiyanın manipulyasiya xarakterli apardığı siyasət və ATƏT-ın Minsk qrupunun həmsədrlərinin münaqişənin həllində ikibaşlı siyasəti, qəbul etdiyi sənədlərdə ərazi bütövlüyü və xalqların müqəddartını qeyd etməsi konfliktin həllini mümükünsüz edir. Ona görə də Azərbaycanın Türkiyə ilə birgə silahlı qüvvələrini inkişaf etdirməsi mütləqdi və zaman Qarabağda növbəti münaqişəni yaxınlaşdırır".