Gündəm

Rusiya Tartusdakı dəniz bazasını genişləndirir

13 Dekabr 2017 15:08

Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı müqaviləni Dövlət Dumasına təqdim edib. Bu haqda Kremlin mətbuat xidmətindən bildirilib. 

Bakıda üçtərəfli görüş keçirilib

13 Dekabr 2017 14:59

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyətiİdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə  baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.

Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb

13 Dekabr 2017 14:58

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Dini Komitədə Britaniya səfirliyinin nümayəndəsi ilə görüş keçirilib

13 Dekabr 2017 14:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Böyük Britaniyanın ölkəmizdəki səfirinin köməkçisi Stefen MakKormik ilə görüşüb. “”OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Azərbaycandakı tolerant və multikultural mühit barədə danışıb. Ölkəmizdəki tolerantlıq ənənələrini xalqımızın milli kökü ilə əlaqələndirən Səyyad Salahlı Azərbaycanda dini zəmində heç bir qarşıdurmanın baş vermədiyini, müxtəlif dini konfessiya nümayəndələrinə öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradıldığını vurğulayıb. O, Azərbaycanda müxtəlif dini konfessiyalara məxsus ibadət evlərinin tikintisi və bərpasının, onlara maddi yardım ayrılmasının artıq bir ənənə halını aldığını diqqətə çatdırıb.

"Qızım ürək tutmasından ölüb" - İntihar etdiyi deyilən 24 yaşlı qızın anası

13 Dekabr 2017 14:52

Qızım 24 yaşında ürək tutmasından dünyasını dəyişib. Bunu sübut edən həkim rəyi də var. Bu barədə bir neçə gün əvvəl intihar edərək dünyasını dəyişməsi haqda məlumat yayılan Əda Zeynalovanın anası Nigar Zeynalova deyib.

Səudiyyə bombardman etdi – 10-larla ölü, 80-dən çox yaralı

13 Dekabr 2017 14:48

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya gücləri Yəmənin paytaxtı Sanada polis mərkəzini vurub. Aviazərbələr nəticəsində onlarla insan ölüb, 80-dən çoxu yaralanıb. Hücum zamanı polis bölməsində 180 nəfər olub.

ABŞ Türkiyəyə hücuma hazırlaşır – Trampın köməkçisi MƏXFİ PLAN HAZIRLADI

13 Dekabr 2017 14:46

ABŞ Rakkadan sağ-salamat çıxardığı İŞİD-çilərlə İdlibə hücum edir. Rakkadan təxliyə olunan İŞİD üzvləri İdlib-Rahcan bölgəsində 5 kəndi ələ keçirib. Müxaliflər mühasirəyə aldıqları Rahcandakı İŞİD-çilərə gizli yolla silah-sursat çatdırıldığını deyir.

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt bilindi

13 Dekabr 2017 14:42

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üç ildən tez başa çatmayacaq. Məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. Onun sözlərinə görə, bu proses genişmiqyaslı olacaq və qısa vaxtda bunu həyata keçirmək mümkün deyil. Xatırladaq ki, bir müddət əvvəl R.Tillerson səfirliyin köçürülməsinin bir ildən çox vaxt aparacağını bildirmişdi.

Peskov: "Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür"

13 Dekabr 2017 14:40

Türkiyə prezidenti Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. “Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur”, - deyə o vurğulayıb.

Bakıda müəmmalı ərazi TAPILDI? : Hər kəs təəccüb içində

13 Dekabr 2017 14:26

Noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsinin "Gənclər Şəhərciyi" ərazisində Rəşad Şükürovun avtomobillə vurulması barədə məlumat vermişdik.

İslam içində elə radikal qaraguruh formalaşıb ki,...

13 Dekabr 2017 14:19

Günümüzdə İslam dini böyük bir coğrafiyaya, Qərbə, Avropaya yayılmaqla yanaşı. Onun mənfi tendensiyaları da özünü göstərir, büruzə verir. Belə mənfi tendensiyalardan biri də radikallığın artmasıdır. Ən pis cəhət odur ki, bu radikallıq hər bir istiqamətdə özünü göstərir. İnsanlara qarşı nifrətdə, qadınlara qarşı münasibətdə, dövlətlərə qarşı mövqedə və s. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu qənaətdədir.

Amerikanın Qüds qərarı Türkiyəyə qarşı hesablanıb

13 Dekabr 2017 14:17

Artıq bir həftəyə yaxındır ki, bütün dünyanın diqqəti Qüdsə cəmlənib. Daha dəqiq desək Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görməsi və Amerikanın Təl-Əviddəki səfirliyini bura köçürmək niyyətini açıqlaması əsas diqqətləri məhz Yaxın Şərqə, Qüdsə yönəldib. İndi Avropada Asiyaya. Qərbdən Şərqə, müsəlman dünyasından xristian aləminə qədər hər kəsi bu məsələ maraqlandırır ki, Trampın qərarının Yaxın Şərqdə hansı insdentlərə, gərginliklərə yol açacaq. Və buna İslam coğrafiyasının adekvat cavabı nə olacaq.

Səhv müalicə və məsuliyyətsizlik…

13 Dekabr 2017 14:15

Son vaxtlar həkimlərin məsuliyyətsizliyi ucbatından ölüm hallarının artımı müşahidə olunur. Belə faciələr bir yana, insanlar həkim məsuliyyətsizliyini araşdıran müvafiq qurumların fəaliyyətindən narazılıq edirlər.

Avropa Məhkəməsinin qərarını ədalətli hesab etmək olarmı?

13 Dekabr 2017 14:11

Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.Qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə 5 min avro təzminat ödəməlidir. Bundan başqa, Ermənistan şikayət üzrə vəkil xərcləri kimi 28 min 642 funtsterlink ödəməlidir. Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.