Gündəm

Bu il internetdə nə axtarıldı? - REYTİNQ - VİDEO

13 Dekabr 2017 15:45

İnternetdə ən böyük və populyar axtarış sisteminə malik Google korporasiyası 2017-ci ildə insanların vebdə axtarışa verdikləri kəlmələr əsasında "Ən çox axtarılanlar" (Year In Search 2017) reytinqini açıqlayıb.

Avrokuboklarda çıxış etmiş Azərbaycan klublarına yenidən vəsait ayrıldı

13 Dekabr 2017 15:40

UEFA 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb. Məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.

Qurbanovun ilk köməkçisi bəlli oldu

13 Dekabr 2017 15:38

Azərbaycan milli komandasında Qurban Qurbanovun ilk köməkçisi müəyyənləşib. Yığmamızda qapıçılar üzrə məşqçi vəzifəsini Dmitri Kramarenko yerinə yetirəcək.  O, həm də aşağı yaş qrupları üzrə koordinator vəzifəsini icra edəcək. 

Prokuror Gündüz Məmmədov Rusiyanın sevimlisini “hərbi cinayətkar” adlandırdı

13 Dekabr 2017 15:35

Krım eks-prokuroru, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Natalya Poklonskayanın 2014-cü ilin fevralından başlayaraq yarımadadakı fəaliyyətini "hərbi cinayət" kimi kvalifikasiya etmək lazımdır.

Meksika təşviş yaşayır - Son saatlarda 7 zəlzələ

13 Dekabr 2017 15:33

Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib. Yeraltı təkanlar müxtəlif saatlarda hiss olunub. 

Müstəqil mətbuatın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

13 Dekabr 2017 15:31

Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında yeni səhifə açıldı Azərbaycanda həyata keçirilən demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər davam etməkdədir. Bu sahədə qəbul edilmiş qanunlar, nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır.

Qüds ətrafında baş verənlər Qarabağla eynilik təşkil edir

13 Dekabr 2017 15:27

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı məlum açıqlaması bütün dünyanın əsas diqqət mərkəzinə çevrildiyi kimi, bu məsələyə olan münasibətdə də fərqli yanaşmaları ortaya qoydu. Bəziləri Qüdsün İsrail, bəziləri isə Fələstin şəhəri olması mövqeyindən çıxış etdi. Elə Azərbaycanın özündə də sözügedən məsələ ilə bağlı müxtəlif yanaşmalara ortaya qoyuldu. Siyasətçisindən tutmuş iqtisadçısına kimi, ziyalısından tutmuş sadə vətəndaşına qədər hərə öz möğvqeyini ortaya, məsələyə, problemə yanaşma tərzi sərgilədi. Elə siyasi partiya nümayəndələri də öz növbələrində Qüds qalmaqalına münasibtə bildirdilər.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış olub

13 Dekabr 2017 15:25

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akreditasiya olunmuş “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.

Qadın zabitlər şalvar da geyinəcəklər

13 Dekabr 2017 15:24

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabitlərə hərbi geyim forması kimi şalvar da verəcək.“Olaylar” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

7 evdən oğurluq edən şəxsin qolları qandallanıb

13 Dekabr 2017 15:21

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Mehdiyev saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may-noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən velosiped, su mühərriki, tütün məmulatı, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Mehdiyev saxlanılmışdır.

Kombi oğruları ələ keçdi

13 Dekabr 2017 15:20

Kombi aparatı və 9 ədəd radiator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar2a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və 9 ədəd radiator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əbülfəz İzətullayev və Anar Kərimli saxlanılmışlar.

Oğurluğun üstü üç aydan sonra açıldı

13 Dekabr 2017 15:19

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, cari il oktyabrın 17-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavidan Əhmədli Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Damla bu məşhurla evliliyə razılıq verdi - “İlin toyu ola bilər” - VİDEO

13 Dekabr 2017 15:17

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Damla və onun duet ortağı Elnar Xəlilov maraqlı etirafları ilə yadda qalıblar. aparıcı Elgiz Elnara "Niyə ayrılmısan?" sualı ilə müraciət edib. Müğənni aparıcıya "Mən indi ayrılmamışam ki. Bu, 5 il əvvəl baş verib. Oğlum anasındadır" cavabını verib.

Neftçini qətlə yetirən şəxs saxlanıb

13 Dekabr 2017 15:13

Lənkəran rayon sakini Azər Xalıqovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 12-də “Neft Daşları” platformasında yerləşən yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.

Ermənistan Trampın Qüds qərarına niyə sevinir? – ŞOK SƏBƏB

13 Dekabr 2017 15:10

ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Ermənistan yeni xülyalara qapılıb. İrəvanda ABŞ-ın Qüds qərarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də aid ediləcəyini düşünürlər. Ermənistan mediası da Qüdsün Qarabağ üçün presedent olacağını iddia edir. Lakin erməni politoloq Aleksandr İskəndəryan ermənilərin mənasız ümidlər bəslədiyini etiraf edib.