Gündəm
“Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans keçirilib
Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfranş baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov dini sahədə maarifləndirmə işinin təhsil müəssisələrində düzgün səviyyədə təşkil olunmasının önəminə toxunub.Yeniyetmə və gənclərin böyük əksəriyyətinin məhz məktəb yaşı dövründə aldığı biliklər hesabına formalaşdığını diqqətə çatdırıb. Mehdi Balabəyov bu səbəblərdən bu yaş kateqoriyasına daxil olanlar arasında milli-mənəvi dəyərlərin təbliği və ənənəvi İslam dininin düzgün çatdırılması sahəsində həyata keçirilən maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.
Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər. Ə.Zülfüqarov onu da vurğulayıb ki, respublikamız bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq və qarşılıqlı hörmət əsasında qurur.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar keçirilir
Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, seminarın keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərlə həyata keçirdikləri vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir.
ABŞ-ın Rusiyadakı səfirindən Krım BƏYANATI
ABŞ Rusiyadakı yeni səfiri Con Xantsman Krımla bağlı Kremli pərt edəcək açıqlama verib. Bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman Krımı Ukraynanın ərazisi olduğunu deyib. “Bu suala beynəlxalq hüquqla tanış istənilən insan cavab verə bilər: Krım Ukrayna ərazisidir. Rusiya-Amerika münasibətlərinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası vacibdir”, - Tvitterdə dərc edilmiş videoyazıda Xantsman bildirib.
Müsəlman ölkələri İstanbulda Qüds həmrəyliyi nümayiş etdirdi
Bir neçə gün əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi açıqlama İslam coğrafiyasında şpk effekti yaratmaqla yanaşı, müsəlman ölkələrini Vaşinqtona qarşı səfərbər olmağa sövq etdi. Qısa sürən müzakirələrdən sonra Trampın Qüds qərarına etiraz olaraq müsəlman ölkələri Türkiyədə Islam Əməkdaşlıq Təşkilatı çərçivəsində İstanbulda bir araya gəldi.
Qapı arxasında huşsuz vəziyyətdə tapıldı
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Leyla Yunus “casus” adlandırdığı vəkil Elçin Qənbərovu Xədicə İsmayıla tövsiyə edibmiş; hüquq müdafiəçisi daşınmaz əmlak maqnatı imiş...
2015-ci ilin dekabrında həbsdən azad olunduqdan sonra Niderlanda köçən hüquq müdafiəçisi Leyla Yunusun Meydan TV-yə müsahibəsi bir neçə gündür social şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müsahibədə Leyla Yunus vəkili Elçin Qəmbərovun onun məhbəsdə yazdığı məktublar əsasında tərtib etdiyi "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabı və haqqında səslənən bir sıra iddialara cavab verib. Sosial şəbəkələrədə gedən müzakirələrdən görünür ki, həm insan haqları müdafiəçiləri, həm də ayrı-ayrı sektorlara mənsub fəallar Leyla Yunusun açıqlamalarını birmənalı qarşılamırlar.
Çıxarış kompaniyası Yasamalda
Dekabrın 13-də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Abşeron İnşaat” MMC-nin Yasamal rayonu M. Xiyabani küçəsində yerləşən binasından mənzil alan 40-a yaxın sakinə çıxarış təqdim olunub.
Ermənistandan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: 2018-ci ildə...
“2018-ci ildə Türkiyə-Ermənistan protokollarını ləğv edəcəyik”. Bunu Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri bu ölkənin XİN-də çıxışı zamanı deyib. O, “2018-ci ili baharını Türkiyə-Ermənistan prokolları olmadan qarşılayacağıq” deyə bildirib.
Azərbaycanda satılan 3 kitabdan biri “piratçılıq” məhsuludur
"Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb".
Maşın bazarında qiymətlər qalxacaq…
2018-ci ildə avtomobillərin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb. Təəccüblüdür, əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsi fonunda avtomobil bazarında da alıcılıq qabiliyyəti azalırsa, qiymətlər niyə qalxmalıdır?
Abşeron təhsil şöbəsinin qəribə işəgötürmə “metodu” - Şikayət
Abşeronda “borcun var” deyə işdən azad olunan müəllim hələ də işsizdir və o, aidiyyəti qurumlardan haqqının bərpa olunmasını istəyir. Ötən ay Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1№-li tam orta məktəbin müəllimi Aqşin Həsənovun həmkarına borcu olduğuna görə Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova tərəfindən işdən azad olunması haqqında mətbuatda geniş material dərc olundu. Şikayətçi müəllim qeyri-qanuni işdən azad olunması ilə bağlı mətbuat vasitəsi ilə aidiyyəti qurumlardan kömək istədi və bu haqsızlığın qarşısının alınmasını tələb etdi. Məsələ ilə bağlı Abşeron Təhsil Şöbəsi də açıqlama verdi və müəllimin işdən azad olunmasını başqa səbəblərlə əlaqələndirdi.
Dilqəm Əsgərovdan xəbər var
Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub. Bu barədə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov atası tərəfindən hər hansı məktub, video göndərilmədiyini bildirib: “Dekabrın 12-də mənə zəng vurub növbəti başçəkmə olduğunu dedilər. Bildirdilər ki, atam nə məktub yazıb, nə şəkil, nə də video göndərib”.
Nazir: “Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”
Xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına müsahibə verib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir “Ermənistan xarici işlər naziri guya Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir.
Məşhur idmançının ailəsində faciə: arvadı qızını doğradı, oğlunu boğdu
İtaliyanın və Avropanın ən məşhur reqbiçilərindən olan italyan Andrea Benattinin ailəsində məşum faciə yaşanıb. İdmançının 39 yaşlı arvadı Antonella Barbyeri 2 yaşlı qızı Kimi yataqda yastıqla boğandan sonra 5 yaşlı oğlu Lorenso Zevsi maşına oturdub.














