Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər. Ə.Zülfüqarov onu da vurğulayıb ki, respublikamız bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq və qarşılıqlı hörmət əsasında qurur.
13 Dekabr 2017 16:40 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda seminar-treninq keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər. Ə.Zülfüqarov onu da vurğulayıb ki, respublikamız bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq və qarşılıqlı hörmət əsasında qurur.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, qəsəbə bələdiyyəsinin sədri Mirbaba Hüseynov, RİH başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Mubilov qeyd ediblər ki, Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi ilə tanınır. Vurğulanıb ki, respublikamızdakı bütün xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar. Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.