Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar keçirilir
Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, seminarın keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərlə həyata keçirdikləri vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir.
13 Dekabr 2017 16:41 SosialPaytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, seminarın keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərlə həyata keçirdikləri vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir. Yasamal, Xəzər, Pirallahı, Nəsimi, Binəqədi rayonları üzrə keçirilən seminar zamanı Təlimə Dəstək Mərkəzinin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə mentorları Qılman Eyvazov və Rövşən Qasımov "Ümumi orta təhsil səviyyyəsi üzrə fənn kurikulumlarının tətbiqi məsələləri və qarşıya çıxan problemlərin həlli yolları" mövzusunda təqdimatla çıxış edirlər.