Leyla Yunus “casus” adlandırdığı vəkil Elçin Qənbərovu Xədicə İsmayıla tövsiyə edibmiş; hüquq müdafiəçisi daşınmaz əmlak maqnatı imiş...
2015-ci ilin dekabrında həbsdən azad olunduqdan sonra Niderlanda köçən hüquq müdafiəçisi Leyla Yunusun Meydan TV-yə müsahibəsi bir neçə gündür social şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müsahibədə Leyla Yunus vəkili Elçin Qəmbərovun onun məhbəsdə yazdığı məktublar əsasında tərtib etdiyi "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabı və haqqında səslənən bir sıra iddialara cavab verib. Sosial şəbəkələrədə gedən müzakirələrdən görünür ki, həm insan haqları müdafiəçiləri, həm də ayrı-ayrı sektorlara mənsub fəallar Leyla Yunusun açıqlamalarını birmənalı qarşılamırlar.
13 Dekabr 2017 16:26 Siyasət2015-ci ilin dekabrında həbsdən azad olunduqdan sonra Niderlanda köçən hüquq müdafiəçisi Leyla Yunusun Meydan TV-yə müsahibəsi bir neçə gündür social şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müsahibədə Leyla Yunus vəkili Elçin Qəmbərovun onun məhbəsdə yazdığı məktublar əsasında tərtib etdiyi "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabı və haqqında səslənən bir sıra iddialara cavab verib. Sosial şəbəkələrədə gedən müzakirələrdən görünür ki, həm insan haqları müdafiəçiləri, həm də ayrı-ayrı sektorlara mənsub fəallar Leyla Yunusun açıqlamalarını birmənalı qarşılamırlar.
Leyla Yunus müsahibəsində vəkili Elçin Qənbərovu "hakimiyyətin adamı" adlandırır və yanına kommunikasiya məqsədi ilə göndərildiyini iddia edir: "Mən bilirdim ki, qızım Dinaraya yazdığım məktubları o prokurorluğa çatdırır, əlbəttə, bu, mənə lazım idi, dezinformasiya ötürürdüm. Əslində, casusluğu mən etmişəm, Elçin Qəmbərov yox. Onun yaddaşı yaxşı deyil, mən həbsdən çıxmışdım, o, bəzi kağızları mənə qaytardı, dedi ki, məktublarınızı qaytarıram. Arif Yunusla həmin səhifələrə baxandan sonra ona dedik ki, daha gəlmə, sağ ol, hər şey məlum idi. Artıq onun bəzi hissələri özündən uydurub nəsə yazdığını hiss etmişdim. Bir daha deyirəm, mən Elçin Qəmbərovdan istifadə etmişəm, o məndən yox.
- Nə mənada?
- Məsələn, mənə sənə məktub göndərmək lazımdı, bunu necə edim? Yaxud prokurorluğa yalan informasiya vermək istəyirdim, həmin dezinformasiyanı qızımın adına yazırdım, Elçin Qəmbərov isə məktubu birinci prokurorluğa ötürürdü".

Facebook müzakirələrində ilginc bir detal üzə çıxıb. Bəlli olub ki, Leyla Yunus "casus" adlandırdığı Elçin Qənbərovun vəkillik fəaliyyətini həbsdə olan jurnalist Xədicə İsmayıla tövsiyyə edib. Bu daqda X. İsmayıl Facebook səhifəsində yazıb: "Müsahibəni oxudum. Bu yaşlı adamın işgəncə altında ikən həbsdə nə yazdığını və nə dediyini sorğulamaq niyyətində deyiləm... Elçin Qənbərov... (etikadan kənar ifadələr işlədildiyi üçün statusun bu hissəsini ixtisar edirik - red.) O, həbsimdən əvvəl mənə vəkilim olmaq istədiyini demişdi, imtina etmişdim. Müəmmalı şəkildə Leyla Yunusa vəkil olandan sonra telefon danışığımızda Leyla xanımdan ona necə etibar etdiyini soruşdum. O da etibar etmədiyini üstüörülü şəkildə dedi. Dedi ki, mən bilmək istəyirəm, mənə hökumətin nə ismarıcı var ki, onu göndəriblər. Mənim üçün bircə sual var - azadlığa çıxandan sonra Leyla Yunus Elçin Qənbərovun (həbsxanadaydım onda) vəkilim olmasını təklif etmişdi. Dostlar təklifi mənə çatdıranda demişdim ki, Leyla Yunusa o, hökumətlə kommunikasiya üçün lazım idi. Mənim belə kommunikasiyaya girmək fikrim yoxdur. Sual isə budur: ... və satqın saydığınız birini həbsdə olan mənə niyə vəkil kimi önərirdiniz?".

Hələlik Leyla Yunus Xədicə İsmayılın iddialarına cavab verməyib. Müsahibədən aydın olur ki, indi Niderlandda olan Yunus Azərbaycanda siyasi məhbus problemi ilə bağlı kitab üzərində işləyir. O, bu məqsədlə beynəlxalq donorlardan 60 min avro qonorar aldığını da gizlətmir.
Leyla Yunusun Azərbaycanda siyasi məhbus problemi arxasında özünə nəhəng biznes qurması, beynəlxaq donorlardan milyonlarla vəsait alması və onları təyinatı üzrə deyil, şəxsi məqsədlər üçün istifadə etməsi də müzakirə edilən məsələlər sırasındadır. İnsan haqlarının müdafiəsi ilə uzun illər məşğul olan və Leyla Yunusun fəaliyyətini yaxından izləmək imkanı olan insan haqları müdafiəçiləri bildirir ki, Leyla Yunus Azərbaycanda insan haqlarının kobud şəkildə pozulduğunu dünyaya car çəkərək beynəlxalq donorlardan külli miqdarda qrant alsa da bu problemin çözümü üçün heç bir konstruktiv addım atmayıb, əksinə, saxta iddialar əsasında yazdığı hesabatlarla Azərbaycanla beynəlxalq qurumlar arasında münasibəti ən kəskin nöqtəyə daşımağa çalışıb. Əvəzində isə özünə dünyanın müxtəlif ölkələrində daşınmaz əmlaklar alıb.
Bu haqda Musavat.com-da gedən Leyla Yunusun müsahibəsi ortalığı qarışdırdı - qarşı tərəfdən ağır cavablar
Başlıqlı yazıda da tanış ola bilərsiniz.
http://musavat.com/mobile/news/leyla-yunusun-musahibesi-ortaligi-qarisdirdi-qarsi-terefden-agir-cavablar_490024.html
İnsan haqları müdafiəçisi Sahib Məmmədov Facebbok səhifəsində yazır: "1 milyon dolları son 2 ildə mənimsəmişdi. 1998-ci ildən bu yana yalnız bank hesabından 8 milyon dollar pul keçib. Onun heç 50 min dollarını layihəyə xərcləməyib. 1,2 milyon avro yalnız Hollandiyadakı evinin qiymətidir. Praqada 3 evi, Antaliyada icarəyə verdiyi 13 koteci var".

Leyla Yunus Meydan TVd-ə xaricdəki evlərinin olması haqqında suallardan yayınır, yalnız Bakıda 3 mənzili olduğunu, birinin dağıdıldığını deyir. Dağılan evlə bağlı o, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hökumətinə qarşı böyük təzminat davası açıb. Sahib Məmmədov isə onun iddialarını uydurma sayır: "Leyla Yunus xarici ölkələrdə evləri ilə bağlı suallardan da yayınır. Deyir ki, deyirlər, mənə Hollandiyada evi Ataxan Əbilov alıb. Ataxan Əbilov ona heç bir mənzil almayıb, əlbəttə. Heç onun bu mənzil haqqında məlumatı yoxdur. Həmin mənzili ola bilər, bu yaxınlarda satıb, başqa ölkədə ev alıb - bu da mümkündür. Çünki yaşadığı ölkədə Hollandiya vergiödəyicilərinin hesabına sosial mənzildə yaşayır. Ona görə də həmin mənzili satıb Avropa Birliyinə üzv olmayan və açıq reyestrsiz bir ölkədə iri malikanə almaq planı var. Hər halda reyestr onun mənzillərindən birinin olduğu ölkəni açıqladı - Praqada yeni kvartallarda hər biri 3 otaqlı 3 mənzili var. Hər üçünü kirayə verib. Mənzilərdə mətbəx qonaq otağının tərkibindədir. Birinin qiyməti alınanda 230 min avro olub. O birilər bir az da baha. Antaliyadakı kotecləri haqqında isə hamı bilir. Reyestrdən çıxarış sənədi də dərc olunub. Həm də bizim bəzi QHT nümayəndələri iki həftəsi 600 avroya həmin koteclərdə istirahət də ediblər".

Facebbok müzakirələrinə Praqada yaşayan mühacir Zamiq Məmmədli də qoşulub. Z. Məmmədli Leyla Yunusu da, həyat yoldaşı Arif Yunusu da saxtakarlıqda suçlayır: "Leyla Yunusun əri Arif Yunus status yazıb ki, bəs, Bakıdakı evlər həbsxana kameralarıdır... Əlbəttə, Yunusovlar üçün bunu yazmaq çox asandır, arada Bakıdakı o "həbsxana kameralarından" çıxıb Amsterdam, Antalya, Praqaya istirahətə gedirdilər. Mən 12 ildir Praqada kirayədə yaşayıram, ancaq Yunusların Bechlinska, 705/4, Praha, 9 ünvanındakı "novostroykalarda" 2 mənzilləri var. Hamısını da 100 faiz halal maaşları ilə alıblar, əlbəttə... Nəysə ki, qazlayıblar bizi illərlərlə, bax belə!"
Müzakirələrdən görünür ki, Leyla Yunusa qarşı yalnız indiyə qədər onun "düşmən cəbhə" kimi gördüyü hakimiyyət düşərgəsindən də çox ölkədə insan haqlarının müdafiəsi ilə məşğul olanlar birləşib. Bu, uzun illərini Azərbaycanda insan haqlarının müdafiəsi adı altında Azərbaycan hökumətindən Avropa qurumlarına donosbazlıqla məşğul olan Leyla Yunusun karyerası üçün ciddi zərbə ola bilər. Çünki ölkəsində ən müxtəlif səviyyələrdə şəxsi mənfəəti üçün çalışan, saxta ittihamlarla ölkədə insan haqları ilə bağlı durumu bir qədər də dramatik göstərərək Azərbaycanı haqq etmədiyi gərginliyə salan şəxs imici qazanan Leyla Yunusla işbirliyi həmin beynəlxalq qurumların Azərbaycanda demokratiya və insan haqlarının bərqərar olması niyyətlərini şübhə altında qoyur.










Musavat.com