Gündəm
Daha bir gəmimiz açıq dənizə çıxacaq
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, təmir prosesində tankerin baş mühərrikləri, nasoslar, elektrik mühərrikləri və digər mexanizmlər əsaslı təmir olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb.
BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası keçirilib
2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar prezident İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkə başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.
Pakistanda qaz kəmərində partlayış - 15 ölü
Pakistanın Kəraçi şəhərində baş vermiş partlayış nəticəsində azı 15 nəfər həlak olub. Partlayış qaz kəmərində qeydə alınıb. Hələlik partlayışın mənşəyi məlum deyil. Təfərrüatlar haqqında məlumat verilməyib.
Hindistanda 60 nəfər “Okxi”nin qurbanı oldu
Hindistanın cənubunda ötən həftənin əvvəli tüğyan etmiş “Okxi” qasırğasının qurbanlarının sayı artmaqdadır. Məlumata görə, son rəqəm 60 nəfərə çatıb. bMəlumata görə, daha 2500 nəfərin həyatı xilas edilib. Daha ağır fəsadlar Hindistanın Tamilnad ştatında qeydə alınıb.
Tarix İnstitutunun alimlərinin bu il 300-ə yaxın məqaləsi çapdan çıxıb
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun 2017-сi ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
“Əfsanə”nin sonu və ya damda yaşayan Mişanın sərgüzəştləri...
Ölkəsində böyük nüfuz qazanmışdı, hakimiyyətə gəlmişdi. Sonra sözün əsl mənasında, inqilab etmişdi. Onilliklər boyu korrupsiya içərisində boğulan ölkəsini düzlüyə çıxartmışdı. Ədalətsizliyi bitirmişdi, rüşvətin, korrupsiyanın kökünü böyük ölçüdə kəsmişdi, demokratik idarəçilik sistemi qurmuşdu.
Öncəgörmələri gerçəkləşən türk astroloqdan QORXUNC 2018 PROQNOZU: DƏHŞƏTLİDİR
2017-ci illə bağlı bir çox öncəgörmələri gerçəkləşən Türkiyənin məşhur astroloqu Aslı Güdər 2018-ci ildə dünyada baş verəcəklərlə bağlı bir sıra proqnozlar verib. Astroloq gələn il III Dünya müharibəsinin başlamayacğını deyib: “Lakin III Dünya müharibəsindən daha betər olan terror aktlarının şahidi olacağıq. Dövlət qura bilməyən İŞİD-in gizli hücrələri Avropa ölkələrinin paytaxtlarında daha öncə bənzəri olmayan qətliamlar törədəcək. Diqqət edin, terror aktı yox, birbaşa qətliamlar”.
Vəkillər Kollegiyasının sədri hüquq məsləhətxanalarında görüşlər keçirir
Bu gündən Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov Bakı şəhərindən başlayaraq vəkil qurumlarında görüşlər keçirməyə başlayıb. Kollegiyadan verilən məlumata görə, növbəti həftələrdə bütün hüquq məsləhətxanalarında analoji görüşlərin keçirilməsi nəzərdə tutulub. İlk görüş Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında keçirilib. Görüşün əsas məqsədi məsləhətxananın vəziyyəti, xüsusilə orada müəyyən olunmuş işlərin aparılması və vəkillərin təyinatı məsələləri ilə tanışlıq, məsləhətxanada işlərin daha səmərəli təşkili ilə bağlı metodiki tövsiyələrin verilməsi və problemlərin öyrənilməsindən ibarət olub.
Məhkəmələrdə nümayəndə kimi iştirak edən şəxs məhkəmə zalında həbs olunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, H. Məmmədov 2 il 8 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Nazir: "Statoil" hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq"
Energetika naziri Pərviz Şahbazov “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib. Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, F.Qureyşi Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə P.Şahbazova təbriklərini çatdırıb. Azərbaycanda 25 illik fəaliyyəti ərzində "Statoil" şirkəti iləEnergetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qırğızıstanda mobil telefon QADAĞASI
Qırğızıstan Parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər. Məlumata görə, bununla bağlı layihə artıq ölkədə ictimaiyyətin müzakirəsinə çıxarılıb.
Roma Papası “WhatsApp”dan istifadə edirmi? - Vatikandan cavab
Roma Papası I Fransisk “WhatsApp” proqramından istifadə etmir. Məlumata görə, bunu Vatikanın rəsmi nümayəndəsi Qreq Berk bildirib. Vatikanın rəsmi “Twitter” səhifəsində yazan nümayəndə vurğulayıb ki, Roma Papası insanlara bu proqram vasitəsilə heç bir ismarıc və ya xeyir-dua göndərmir.
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzini “sosial lift” adlandırdı
“Ötən dövr ərzində Dövlət İmtahan Mərkəzi geniş elmi-metodoloji və texniki potensiala yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradılıb”.
Prezident: "Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz"
"İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır.
Azərbaycan prezidenti: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”
“Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.




.jpg)









