Daha bir gəmimiz açıq dənizə çıxacaq

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə  məxsus “İslam Səfərli” tankerinin  “Zığ” Gəmi Təmiri və Tikintisi  Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, təmir prosesində tankerin   baş mühərrikləri,  nasoslar, elektrik  mühərrikləri və  digər  mexanizmlər  əsaslı  təmir  olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb. 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə  məxsus "İslam Səfərli" tankerinin  "Zığ" Gəmi Təmiri və Tikintisi  Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, təmir prosesində tankerin   baş mühərrikləri,  nasoslar, elektrik  mühərrikləri və  digər  mexanizmlər  əsaslı  təmir  olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb. 

Eyni zamanda tankerdə  ümumi  təmizləmə, gövdə hissəsində defektasiya, yük  anbarlarında  və  ballast  çənlərində  qüsur  aktlarına  əsasən  gövdə-qaynaq  işləri görülüb. Üzən vasitənin sualtı və suüstü hissələri, göyərtəsi rənglənib. Aparılan işlərin yoxlanılması üçün tanker zavod ərazisində dəniz sınağından da keçib. Aşkarlanan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra gəmi istismara veriləcək.

Xatırladaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye  yüklərin daşınmasında istismar edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31