Çıxarış kompaniyası Yasamalda
Dekabrın 13-də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Abşeron İnşaat” MMC-nin Yasamal rayonu M. Xiyabani küçəsində yerləşən binasından mənzil alan 40-a yaxın sakinə çıxarış təqdim olunub.
13 Dekabr 2017 16:24 SosialDekabrın 13-də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Abşeron İnşaat" MMC-nin Yasamal rayonu M. Xiyabani küçəsində yerləşən binasından mənzil alan 40-a yaxın sakinə çıxarış təqdim olunub. "Olaylar" xəbər verir ki, bu proses ardıcıl olaraq bir neçə gün davam etdiriləcək və bütün sakinlər çıxarışla təmin olunacaq. Məlumatda o da bildirilir ki, bu günə kimi 60-a yaxın kütləvi çıxarış kampaniyası keçirilib və 11 min sakinə çıxarış təqdim olunub. Kütləvi çıxarış kampaniyalarının keçirilməsində əsas məqsəd daşınmaz əmlak bazarında leqal əmlakların sayının artırılması və sakinlərə daha əlçatan olmaqdır.